Fontu böyüt:
Nəhəng internet-axtarış sistemi “Google” savadlı kadrlarını əldən verməmək üçün əməkdaşlarının əmək haqlarını artırmaq məcburiyyətində qalıb. Buna səbəb isə son vaxtlar internet-axtarış sisteminin işçilərinin “Facebook” sosial şəbəkəsi tərəfindən sərfəli təkliflərin gəlməsi olub.
“LinkedIn” sosial şəbəkəsinin verdiyi məlumata görə, bununla bağlı təxminən 118 belə hal qeydə alınıb.
“TechCrunch” məlumatında isə bildirilir ki, “Google”un əməkdaşlarından birinə şirkətdə qalması üçün əmək haqqının 15%-nın artırılması, şirkətin səhmləri üzrə dividendlərin 4 dəfəyə qədər artırılması və birdəfəlik olaraq 500 min dollar həcmində ödəniş təklif edilib.
mənbə: Anspress