21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Microsoft” korporasiyası “Windows 8” əməliyyat sistemi üçün nəzərdə tutulan ilk “Windows 8.1” yenilənməsini rəsmi saytından çıxarıb. Yenilənmənin yüklənməsi üçün olan səhifədə şirkətin yaradılan narahatlığa görə istifadəçilərdən üzrxahlığı və problemin tezliklə aradan qaldırılacağı haqqında vədi yerləşdirilib.
Yenilənmənin çıxarılmasına səbəb isə yaranan qüsurlar olub. “Microsoft” nümayəndələri məhz hansı qüsurların aşkar edilməsi barədə məlumat verməyərək bildiriblər ki, tezliklə yenilənmələr və “Windows 8.1” üzərində gedən işlər barədə açıqlama veriləcək. Bundan başqa, korporasiya nümayəndələri yeni sistemin işində yaranan problemlərin yalnız məhdud sayda istifadəçilərə aid olduğunu bildiriblər.
Qeyd edək ki, 1975-ci ildə təsis edilən “Microsoft” korporasiyası proqram təminatı istehsalı, xidmətlərin təqdimi və fərdi kompüter və serverlər üçün internet texnologiyalarının işlənməsində dünya lideridir. (Mincom.gov.az)