Fontu böyüt:
Mobil rabitə şirkətlərinin əhatə dairəsinə ehtiyacı olmayan telefon yaradılıb. Bu telfon mobil rabitə siqnalının və ya infrastrukturunun olmadığı yerlərdə də zəng etməyə, İnternetə qoşulmağa və ya SMS yollamağa imkan verir.
Avstraliyada hazırlanmış "Serval" adlı yeni rabitə sisteminin mobil telefonları belə şəraitdə işləyir. İnnovasiya texnologiyası qurbanlarının ultrasəs siqnallarını eşidə bilən müstəsna duüyma qabiliyətinə malik, Afrikada yaşayan böyük pişiyin şərəfinə belə adlanıb.
"Serval" sistemində "Mesh networking" sistemindən istifadə olunur. Bu zaman hər telefon aparatı abonent funksiyalarını yerinə yetirməklə yanaşı, siqnalları retranslyasiya da edir. "Serval"a qoşulmuş yeni model telefon avtomatik olaraq bir-birlərini tanıyır və onlardan biri sönəndə şəbəkədə qovşaqları əvəzləyirlər. Zənglərin adi nömrələrlə edildiyi sistemdə qovşaqlar arasında əlaqələrdə WiFi-dan da istifadə olunur.