21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Məşhur Mozilla Firefox brauzeri Google axtarış sistemini Yahoo ilə əvəzləyib. Məlumat Yahoo-nun rəsmi bloqunda yayımlanıb.
Xeberler.az bildirir ki, son 10 il Google Mozilla-ya
“default”, yəni “susmaya görə” axtarış sistemi olmaq üçün ildə 100 milyon
dollar ödəyirdi. Qeyri-kommersiya təşkilati olan Mozilla gəlirinin 85 faizini
elə Google-dan əldə edirdi.
Yahoo-nun baş direktoru Marissa
Mayer Mozilla ilə 5 illik müqavilənin bağlandığını təsdiqləyib: “Yahoo bütün
kompüter və mobil qurğularda Mozilla brauzerinin “default” axtarış sistemi
olacaq”.
Müqavilə 2015-ci ildən qüvvəyə
minəcək.
Statcounter analitik xidmətinin məlumatına
əsasən, dünya bazarına 48 faiz göstərici
ilə Google Chrome brauzeri liderlik edir. 2-ci yerdə Internet Explorer, 3-cü
yerdə isə 16,8 faiz nəticə ilə Mozilla Firefox qərarlaşıb. Axtarışların 90
faizini reallaşdıran Google axtarış
sistemləri arasında qlobal liderliyi saxlayır. Yahoo-nun payına sorğuların cəmi 3,8 faizi düşür.