İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azeurotel RİTN-i ittiham edən açıqlama verib!!!

28.02.2009 [15:58]

Fontu böyüt:      

«AzEuroTel» bu problemlərə görə öz müştərilərindən üzr istəyib və xidmətlərin göstərilməsinin ən qısa zamanda bərpa edilməsi üçün bütün mümkün işləri görəcəyini vəd edib.

 “Azeurotel” Birgə Müəssisəsinin rəhbərliyi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini (RİTN) ittiham edən açıqlama ilə çıxış edib.

“Azeurotel”dən APA-ya göndərilən press-relizdə bildirilib ki, nazirliyin nümayəndələri bu gün növbəti dəfə «AzEuroTel» BM-nə məxsus Yerüstü peyk stansiyasının ərazisinə daxil olaraq, 30-dan çox banka və digər korporativ müştərilərə xidmət göstərən (SWIFT-ə qoşulma və məlumatların ötürülməsi xidmətləri) mövcud peyk kanallarını kəsiblər.

Nəticədə peyk stansiyasının fəaliyyəti dayandırılıb və «AzEuroTel» BM tərəfindən müştərilərə telekommunikasiya xidmətlərinin göstərilməsi mümkünsüz olub: “Bu da Azərbaycan bankları tərəfindən göstərilən beynəlxalq xidmətlərin kəsilməsinə səbəb olub. RİTN-in qeyri-qanuni hərəkətləri ilə nəinki banklara ciddi ziyan vurub, hətta onların beynəlxalq nüfuzuna xələl gətirib”.

«AzEuroTel» bu problemlərə görə öz müştərilərindən üzr istəyib və xidmətlərin göstərilməsinin ən qısa zamanda bərpa edilməsi üçün bütün mümkün işləri görəcəyini vəd edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyinin texniki direktoru Zahir Vəliyev isə APA-ya açıqlamasında “Azeurotel”in yaydığı məlumatın həqiqətə uyğun olmadığını söyləyib: ““ Azeurotel”in “Aztelekom” üzərindən fəaliyyətdə olan bütün data, SWIFT və digər sistemləri normal qaydada fəaliyyət göstərir. Bu sistemlərə “Aztelekom” tərəfindən heç bir müdaxilə olmayıb”. APA

xeberler.az



Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar