Fontu böyüt:
Bu gün Mətbuat Şurası KIV-də peşə etikasına əməl edilməsi barədə montorinqlə bağlı növbəti hesabat açıqlayıb.
Mətbuat konfransında mart-aprel aylarının yekunlarına dair hesabatda 60 qəzet, 5 internet portalının monitorinqinin nəticələri açıqlanıb. 3 aylıq hesabat bülleteni üç yarımkateqoriyada təqdim olunub.
Bülletendə Azərbaycan jurnalistlərinin peşə davranış qaydaları, ölkə jurnalistlərinin qurultayında iştirak edəcək Mətbuat Şurası üzvlərinin siyahısı, monitorinq iştirakçıları üçün təlimat çap edilib.
Hesabatda ən çox pozuntu qeyd olunan kodların müqaviləsi cədvəli, üç kateqoriya üzrə pozuntuya yol verən qəzetlərin siyahısı, 2009-cu ilin fevral-mart ayları üçün təqdim edilən məqalələrin hüquq analizi də əks olunub.
Qeyd edək ki,layihə ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.