Fontu böyüt:
Dekabrın 6-9-da Gürcüstanın paytaxtı Tbilisidə tələbələrin ACM Beynəlxalq proqramlaşdırma müsabiqəsi (ACM International Collegiate Programming Contest (ICPC) keçirilib.
Xeberler.az bildirir ki, müsabiqəyə Azərbaycandan 14 universitetdən 42 iştirakçı və 12 komanda rəhbəri qoşulub. Ümumilikdə 300 komandanın qoşulduğu turnirdə Azərbaycan Ermənistan, Gürcüstan, Rusiya, Qazaxistan və Özbəkistanla yarışıb, amma Rusiyada keçiriləcək finalda iştirak edəcək15 universitetin sırasına düşmək mümkün olmayıb.
IBM şirkətinin maliyyələşdirdiyi, ACM-in təşkil etdiyi və mənzil-qərargahı Baylor Universitetində yerləşən proqramlaşdırma üzrə bu çoxpilləli müsabiqə regional müsabiqələrdə ev sahibliyi edən qlobal universitetlər şəbəkəsini əhatə edir. Regional müsabiqələrin nəticələrinə görə müvəffəqiyyət qazanmış komandalar ACM-ICPC-in dünya finalında iştirak etmək hüququ qazanır. Müsabiqədə iştirakçılarının sayı 80-dən artıq ölkənin 2000-ə yaxın universitetindən olan kompüter elmləri sahəsində minlərlə ən yaxşı tələbə və müəllimlərin hesabına sürətlə artmaqdadır.
Müsabiqə əsasən 3 mərhələdə aparılır. Birinci mərhələ - 1/4 final mərhələsi hər ölkə daxilində keçirilir. 2-ci yarımfinal mərhələsi müxtəlif regionlarda, final mərhələsi isə konkret bir ölkədə keçirilir.