Fontu böyüt:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərpoçt Dövlət Müəssisəsinin nümayəndəsi Tailandda təşkil olunmuş “İnformasiya kommunikasiya texnologiyaları” kursunda iştirak edib.Proqram Asiya və Sakit Okean ərazisinin 31 ölkəsinin poçt administrasiyalarını birləşdirən Asiya Sakit Okean Poçt Birliyinin (APPU) dəstəyi ilə keçirilib.
Kursda, poçt müəssisələrində proqram təminatlarının tətbiqi, verilənlər bazası, müxtəlif şəbəkələrin imkanlarından istifadə edərək poçtun gəlirlilik səviyyəsini artırmaq məsələsi və xüsusi ilə elektron xidmətlərin (elektron ticarət, elektron hökumət, elektron bank və s.) poçt sistemində tətbiqi imkanları müzakirə olunub.
Kurs əsnasında Azərbaycan nümayəndəsi tərəfindən Azərbaycan poçtu, “Azərpoçt” DM-in yaranma tarixi, strukturu, maliyyə durumu, burada informasiya texnologiyalarının tətbiqi haqqında informasiya xarakterli geniş təqdimat keçirilmişdir.