"Hələlik Azərbaycan ictimaiyyəti yeni medianın bütün təfərrüatını tam şəkildə dəyərləndirə bilmir. Bu, artıq yeni fenomendir, yeni texnologiyadır".
"Hələlik Azərbaycan ictimaiyyəti yeni medianın bütün təfərrüatını tam şəkildə dəyərləndirə bilmir. Bu, artıq yeni fenomendir, yeni texnologiyadır".
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev mətbuata verdiyi açıqlamasında söyləyib. O bildirib ki, bir müddət sosial şəbəkələrə, eləcə də "Facebook"a qoşulmaq istəməyib, lakin ondan qaçmaq da mümkün olmayıb:
"Neçə ildir "Facebook"dan qaçırdım, axırda "Facebook" özü məni yaxaladı. Artıq məcbur oldum özüm qoşulum. Effektini də hiss edirəm. 2 dəqiqədə baş vermiş hadisələri sosial şəbəkə vasitəsilə öyrənə bilirəm. Özümün də verdiyim məlumatı qısa vaxtda dostlarıma bildirirəm. Təəssüflər olsun ki, biz "Facebook"dan yaradıcı vasitə kimi çox az istifadə edirik. Bəzən insanlara hörmətsizlik olunur, bəzən milli maraqlara uyğun olmayan məlumatlar yayımlanır. Bunların hamısı reallıqdır və biz bunu dəyişə bilmərik. Mən əminəm ki, vaxt gələcək, müəyyən müddət sonra "Facebook"da baş verən xaos, sui- istifadə faktları kifayət qədər azalacaq və düzən yaranacaq".