İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Hədəf” İnformasiya Agentliyinin təqdimat mərasimi keçirilib.

21.07.2010 [01:15]

Fontu böyüt:      

Bu gün “Hədəf” İnformasiya Agentliyinin təqdimat mərasimi keçirilib. Mərasimdə müxtəlif təşkilatların, ölkənin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. «Hədəf»in təsisçiləri adından danışan Əsgər İbrahimov bildirib ki, indi inkişaf edən, regionda lider dövlətə çevrilən və dünyada xüsusi hörmətlə yanaşılan Azərbaycanda yeni Kütləvi İnformasiya Vasitəsinin fəaliyyətə başlaması mühüm hadisədir.

Bu gün “Hədəf” İnformasiya Agentliyinin təqdimat mərasimi keçirilib. Mərasimdə müxtəlif təşkilatların, ölkənin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

«Hədəf»in təsisçiləri adından danışan Əsgər İbrahimov bildirib ki, indi inkişaf edən, regionda lider dövlətə çevrilən və dünyada xüsusi hörmətlə yanaşılan Azərbaycanda yeni Kütləvi İnformasiya Vasitəsinin fəaliyyətə başlaması mühüm hadisədir. Bu, Azərbaycanda mətbuatın yaranmasının 135-ci ildönümünə təsadüf edib.

O, mətbuat işçilərini əlamətdar bayram- Mətbuat günü münasibətilə təbrik edib və deyib ki, “Hədəf”in yaranma ideyası sırf ölkədə mətbuata, söz azadlığına, sərbəst fəaliyyətə yaradılan gözəl şəraitdən qaynaqlanıb. O, əmin olduğunu bildirib ki, agentlik ümumi dəyər və prinsiplərə sadiq qalacaq və informasiya məkanında özünəməxsus yeri tutacaq.

Sonra “Hədəf”in iş fəaliyyəti ilə bağlı hazırlanan video-çarx göstərilib və Cahid İsmayıloğlu agentliyin internet saytı barədə ətraflı məlumat verib.

“Hədəf” İnformasiya Agentliyinin direktoru Vüsalə Kərimova qonaqları salamlayıb, iki aydır fəaliyyət föstərən yeni mətbuat orqanının hazırladığı xəbərlərin dünyanın 30-a yaxın ölkəsində oxunduğunu bildirib. O, iştirakçıları Milli Mətbuat günü münasibətilə təbrik edib və ümidvar olduğunu bildirib ki, agentlik dövlətimiz, millətimiz, mətbuatımız üçün uğurlu olacaq. Həmkarlarla səmərəli əməkdaşlıq nəticəsində ölkəmizdə gedən dinamik inkişafla bağlı xəbərlər bundan sonra da yerli və xarici ölkə oxucularına doğru, düzgün çatdırılacaq.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək KİV-lərin sırasına qoşulan “Hədəf”in əməkdaşlarını təbrik edib, ölkədə son illər mətbuata göstərilən diqqət və qayğıdan danışıb. O, Milli Mətbuatın yaranma tarixindən söz açıb və deyib ki, ötən 135 ildə Azərbaycan mətbuatı yüksək zirvəyə doğru irəliləyib. Azərbaycan xalqına Həsən bəy Zərdabinin tarixi xidməti unudulmazdır. Ə.Amaşov qeydiyyatdan keçən KİV-lərin fəaliyyətinə, mətbuatın problemlərinə də toxunub.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar