Fontu böyüt:
Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və dəyişiklik özünü müxtəlif sahələrdə göstərir. Lakin paytaxta nisbətən regionlarda bu inkişaf bir qədər aşağı səviyyədə gedir və buna səbəb kimi də region əhalisinin mövcud İKT imkanlarından və yeniliklərindən lazımi şəkildə xəbərdar olmamaması və bu üstünlükləri gündəlik həyatlarında çox az tətbiq etməsindən irəli gəlir. Xüsusuilə hər bir icmanın inkişafında mühüm rol oynayan gənc liderlərin bu imkanlardan maksimun şəkildə istifadə etməməsi region gənclərinin daha az şəbəkələşməsinə və birgə iş görməsinə gətirib çıxarır.
Bütün bu məqsədlərə nail olmaq üçün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Counterpart Azerbaijan-ın dəstəyi ilə “İrəli” İctimai Birliyi və Azərbaycan Könüllülər İctimai Birliyi, “Gənc Liderlərin Şəbəkələşmə Bacarıqlarının Artırılması” layihəsinin həyata keçirilməsini təklif edir. Layihənin uzun müddətli məqsədi Azərbaycanın bir neçə regionunda müəyyən edilmiş gənc liderlərin şəbəkələşmə bacarıqlarını artırmaqla onların arasında uzunmüddətli şəbəkələrin qurulması və bu yolla onların birgə fəaliyyətə ruhlandırılmasıdır. Layihənin daha effektiv olması üçün 4 zona müəyyənləşdirilib ki, onlar aşağıdakılardır:
Sabirabad, İmişli, Şirvan (1-4 noyabr)
Şəki, Zaqatala, İsmayıllı (15-18 noyabr)
Gəncə, Qazax, Gədəbəy (6-9 dekabr)
Sumqayıt (20-23 dekabr)
3 günlük zonal təlimlər müvafiq olaraq Sabirabad, Şəki, Gəncə və Sumqayıt şəhərlərində keçirilicək və hər təlimdə qeyd olunmuş regiondan olan 30 iştirakçı qatılacaqdır. Təlimlərdə iştirak etmək üçün yuxarıda göstərilən regionlarda yaşayan şəxslər ərizə forması ilə müraciət etməlidirlər. Təlimlərin əsas mövzusu internet şəbəkələşmə, internet media və PR dan səmərəli istifadə, internet üzərindən komanda işinin təşkili, bloqlarla və sosial şəbəkələrlə müstəqil şəkildə effektiv fəaliyyət və layihələrin yazılması və idarə edilməsi olacaqdır. Zonal təlimlər yekunlaşdıqdan sonra isə gələn ilin mart ayında bu təlimlərdə iştirak etmiş 120 nəfərin iştirakı ilə “Gənc Liderlər üçün Yaz Universiteti” keçiriləcəkdir. Layihə iştirakçıların bütün xərcləri təşkilatçılar tərəfindən qarşılanır.
Layihədə iştirak etmək istəyən namizədlər 25 Oktyabr 2010 tarixinə qədər tamamlanmış ərizə formalarını [email protected] ünvanına göndərməlidirlər.