Fontu böyüt:
Almaniyanın Federal arxivi azad Vikipediya ensiklopediyasına Almaniya imperiyası dövründən bu günə qədərki dövrü əhatə edən 100 min tarixi şəkil verib. Bu şəkillər hər kəsin baxa biləcəyi 3 milyondan çox şəkil və sənədin toplandığı «Wikimedia Commons» layihəsi üçün verilib.
dw-world.de saytının verdiyi məlumata görə, alman arxivindən olan şəkillər fəaliyyət göstərdiyi gündən bəri bu layihə üçün ən böyük hədiyyə hesab olunur.
Federal arxivin prezidentinin müavini Anqelika Menne-Haris Vikipediyayla bağladıqları müqavilənin insanların tarixi materialları asan əldə edə bilmələri üçün böyük addım olduğunu deyib.
Xatırladaq ki, Almaniyanın Federal arxivində 1860-cı illərdən bu yana çəkilmiş 11 milyona yaxın şəkil saxlanılır.