21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov Koreya Respublikasının Azərbaycandakı səfiri Lü Kvanq Çul ilə görüşüb.
Görüşdə səfir iki ölkə arasında elm, təhsil və informasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Müasir şəraitdə informasiya texnologiyalarının prioritet istiqamət olduğunu xatırladan səfir ölkəsində bu sahədə uğurlar qazanıldığını diqqətə çatdırıb.
Öz növbəsində, AMEA prezidenti rəhbərlik etdiyi qurum ilə Koreya Elm Fondu və Koreya Elmlər Akademiyası arasında müvafiq niyyət sazişinin imzalanması barədə razılığın əldə olunduğunu bildirib. Sonra ölkələr arasında informasiya texnologiyaları, nüvə enerjisi sahələrində əməkdaşlıq əlaqələrinin qurulması, bu sahələrdə milli kadrların hazırlanması və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.