Fontu böyüt:
Tanınmış “Tvitter” mikrobloqu bu ilin əvvəlinə olan məlumatlara görə, öz ətrafına 200 milyon istifadəçi toplaya bilib. Hər gün bu saytda 110 milyon yazı dərc olunur.
2010-cu ilin sentyabr ayına olan məlumatlara görə, servisdə 160 milyon insan qeydiyyatdan keçmişdi. Saytda dərc edilən məlumatların sayı isə cəmi 95 milyon olurdu.
“Tvitter”dən bildirilir ki, hazırda şirkət özünün beynəlxalq auditoriyasını genişləndirməklə məşğuldur. Yaxın vaxtlarda “Tvitter” Koreya dilində də buraxılacaq.