Fontu böyüt:
Facebook şirkəti mobil telefonun istehsalına hazırlaşır.
Ehtimala görə, Facebook proqram sistemini hazırlayacaq, cihazın özünü isə nəhəng telefon istehsalçılarından birinə sifariş edəcəklər. Bu layihənin işlənib hazırlanmasına Firefox brauzerin yaradıcılarından biri Co Hyuitt və Chrome OS layihənin keçmiş əməkdaşı Metyu Papakipos rəhbərlik edəcəklər. Onlar hər ikisi əməliyyat sisteminin yaradılması sahəsində mütəxəssisdirlər. Co Hyuitt əməliyyat veb-sistemini yaradan “Parakey” şirkətində də çalışıb. O, hətta iPhone smartfonu üçün, bütün Facebook veb-əlavələrinin layihəsini hazırlayıb.
“TechCrunch” texnobloqun verdiyi məlumata görə, telefonun yaradılması sirr kimi saxlanılır. Bu layihə haqqında şirkətin bir çox əməkdaşları belə xəbərsizdir.
Qeyd edək ki, dünyada ən böyük sosial şəbəkə olan "Facebook" 500 milyondan çox istifadəçiləri birləşdirir. Bu vaxta qədər bu şirkət şəxsi cihazların buraxılması ilə məşğul olmayıb. O sadəcə veb-əlavələrin yaradılması ilə kifayətlənib.
Facebookun rəqibi Google isə artıq öz ”Nexus One” adlı smartfonunu buraxıb. Hal-hazırda Nexus One smartfonun bütün nüsxələri satılıb, Nexusun yeni modeli haqqında isə hələlik heç bir məlumat yoxdur.