Fontu böyüt:
İranda keçirilən seçki və buna qarşı təşkil edilən etirazlar Facebook-un İranlı istifadəçilərinin diqqət mərkəzindədir. Başqa yerdə deyilə bilməyən fikirlər sərbəst şəkildə bu sosial şəbəkədə paylaşılır.
Facebook heyəti bunu nəzərə alaraq tələm-tələsik Farscanı da dəstəklədiyi dillər arasına əlavə etdi. Ancaq müəyyən şərtləri də səhifədə yerləşdirdi.
Belə ki, Təhlükəsizlik və Sənaye Bürosundan olan şəxsin verdiyi açıqlamaya görə, hal- hazırda ABŞ-ın embarqo tətbiq etdiyi 5 ölkə var. Bunlar İran, Şimali Koreya, Küba, Suriya və Sudandır.
Facebook öz İstifadə Şərtləri ilə ziddiyyət təşkil edən mövzu ilə əlaqədar açıqlama da yayıb:
“ABŞ qanunları ilə ziddiyyət təşkil etməmək üçün yaxın zamanda İstifadə Şərtləri altındakı maddələrin təkrar nəzərdən keçiriləcəyini bildirmək istəyirik. İranda aksiyalar davam etməkdədir və biz İranlı istifadəçilərin aralarında ünsiyyət qurmaq üçün Facebook-u istifadə etməsinə icazə veririk və verməyə davam edəcəyik. Lakin bu istifadəçilər saytda ticari işlərə qarışsa daxilolma müraciətlərinə maneə törətmək məcburiyyətində qalacağıq. Qaydalarımızın daha açıq olması üçün İstifadə Şərtlərini daha diqqətə çarpan ifadələrlə yeniləyəcəyik”.