Fontu böyüt:
Bu gün Park Inn Otelində Startup Azərbaycan 2014 layihəsinin yekun
təqdimat mərasimi və “Startup Azərbaycan 2014” Milli Konfransı
keçirilib.
Azərbaycan İnternet Forumunun prezidenti , startup
Azərbaycan Təşkilat Komitəsinin təmsilçisi Osman Gündüz tədbiri açaraq
Startup Azərbaycan 2014 Layihəsinin yekunları və milli startup
Müsabiqəsinin nəticələri haqqında məlumat verib. Ötən illə müqayisədə
Startup infrastrukturunun inkişafı istiqamətində ciddi irəliləyişlərin
olduğunu diqqətə çatdırıb.
O, ötən müddət ərzində Startup Azərbaycan
çərçivəsində Bakı Dövlət Universitetində, ADA Universitetində, XƏZƏR
Universitetində və Sumqayıt Dövlət Universitetində Startup
Toplantılarının keçirildiyini, maarifçilik işlərinin yüksək səviyyədə
təşkil olunduğunu diqqətə çatdırıb. Həmçinin Yüksək Texnologiyalar
Parkında startupçıların, developerlərin və İT mütəxəssislərin iştirakı
ilə Startup Bakı Toplantısı təşkil olunduğunu bildirib. Eyni zamanda
Startup Azərbaycan yarışmasına qatılan milli startup komandalarının
üzvlərinə beynəlxalq və yerli ekspertlərin iştirakı ilə Təlimlərin
keçirildiyini diqqətə çatdırıb.
Osman Gündüz üç ay davam edən
Startup Azərbaycan Müsabiqəsinin təşkil olunduğunu qeyd edib. Bu ilki
müsabiqədə 46 startup layihəsinin təqdim edildiyi və 1-ci mərhələ
səsvermə nəticəsində 15 Yarımfinalçı startup layihəsi seçildiyini
bildirib.
O, ekspertlər tərəfindən layihələrin 5 istiqamət üzrə
(layihənin komandası, layihənin davamlılığı, layihənin ideyası və
cəlbediciliyi, layihənin gəlirliliyi, layihənin əhatə dairəsi) üzrə 10
ballıq sistemlə qiymətləndirildiyini diqqət çatdırıb. Yarışmanın
yekununda 6 startup layihəsinin, BethClip, Xərcim.az, "Al - Gəlsin"
,WEARn, İwork.az, Butarek startuplarının uğur qazanaraq finala çıxdığını
qeyd edib.
Təqdimat mərasimində Finala çıxan hər
bir startup Layihəsinin komandası öz layihələri ilə bağlı qısa müddətli
təqdimatlar ediblər.
Təqdimat mərasimində Rabitə və Yüksək
Texnologiyalar naziri cənab Əli Abbasov çıxış edib. Nazir Startup
Azərbaycan Layihəsinin ölkədə internet biznesin inkişafı sahəsində mühüm
əhəmiyyət kəsb etdiyini vurğulayaraq finalçıları və bütün
startupçıları əldə olunan uğurlarla bağlı təbrik edib. O, son illərdə
ölkədə startup infrastrukturunun inkişaf tempinin xeyli gücləndiyini
diqqətə çatdırıb. Nazir bu istiqamətdə milli startuplara dövlət və
özəl dəstəyin təşkili istiqamətdə atılan addımlara toxunub. Bu məqsədlə
RYTN yanında İT-nin İnkişafı Dövlət Fondunun və Yüksək Texnologiyalar
Parkının yaradıldığını diqqətə çatdırıb. Nazir hökumətin bu sahəni
prioritet elan etdiyini diqqətə çatdıraraq bu istiqamətdə atılan
addımların gələcəkdə daha da güclənəcəyini bildirib. O, beynəlxalq
bazara çıxmağın önəmliyini qeyd edərək tədbirdə iştirak edən özəl sektor
nümayəndələrinə, investorlara da çağırış edərək gənc startupların
dəstəklənmənin vacib olduğunu bildirib.
Sonra Nazir ƏLİ Abbasov
qalib gələn 6 Layihənin komandasına qiymətli hədiyyələr və Diplomlar
təqdim edib və startup komandaları ilə kollektiv şəkil çəkdirib.
Daha
sonra tədbir “Startup mühitinin (ekosistemin) formalaşmasına dövlətin,
özəl sektorun və fərdi investorların dəstəyi” mövzusunda Konfransla öz
işini davam etdirib. Konfransda spiker olaraq iştirak edən İT-nin
İnkiafı Fondunun direktoru Elçin Zeynalov, İnfiPro şirkətinin təmsilçisi
Şahin Talıbov, SİNAM şirkətinin direktoru Elçin Əliyev, Xəzər Vençur
şirkətinin həmtəsisçisi Məmməd Kərimov, YT Parkın direktor müavini Calal
Rəhimov və CyberNet şirkətinin Baş direktorunun müavini Anar Mehdiyev çıxış edərək
mövzu ətrafında öz baxışlarını Konfrans iştirakçılarına çatdırıblar.
Çıxış edənlər bu istiqamətdə xeyli irəliləyişlərin olduğunu qeyd etməklə
bərabər inkişafa kömək edəcək problemlər və onların həlli istiqamətində
də təkliflər veriblər.
Müzakirələrdə Sahil şirkətinin
nümayəndəsi Vahid Qasımov, RYTN nümayəndəsi Rauf Cabbarov, Best Com
şirkətinin rəhbəri Rauf Həsənov, İnfi Pro şirkətinin rəhbəri Eldar
Abbasov , TƏLƏBƏ.AZ saytının rəhbəri Mürsəl Əliyev, Startup Azərbaycan
Komandası üzvləri Şaiq Muradov, Ayaz Quliyev və Rəşad Əliyev, Media
təmsilçisi Ellada Musatafayeva, Smart Systems şirkətinin rəhbəri
Sübhan Qaragözov, TASİM Layihısinin kordinatoru Zaur Həsənov,
GoldenPay şirkətinin rəhbəri Fərid İsmayılzadə, qalib gələn startup
komandalarının təmsilçiləri və bir sıra digər nümayəndələr çıxış edərək
mövzu ətrafında təklif, rəy və arzularını bildiriblər.
Osman Gündüzün moderatorluğu ilə təşkil olunan konfrans maraqlı tərəflərin iştirakı ilə müzakirələrlə davam edib.
Konfransda müzakirələrin yekunu olaraq təkliflərin hazırlanacağı və hökumətə təqdim ediləcəyi vurğulanıb.
Bu
gün həmçinin yekun tədbirlər çərçivəsində finala çıxan startuplarla
investorların qapalı görüşü ( pitç sessiya) təşkil olunub. Görüşdə
iştirak edən investorlarala qalib gələn startup komandasının üzvləri
arasında gələcək işbirliyi ilə bağlı müzakirələr aparılıb. Komandalar
bir daha investorlara öz layihələrinin incəlikləri ilə bağlı məlumatlar
veriblər
Yekun tədbirlərdə və milli konfransda startuplar
sahəsində bütün maraqlı tərəflər - startup komandaları, dövlət
qurumaları və texnoparkların nümayəndələri, İnvestorlar və İT şirkətlər,
mentorlar və ekspertlər iştirak edib
Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.
Startup
Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında
İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir.
Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.
Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM, CyberNet və Smart Systems şirkətləri Startup Azərbaycan-a dəstək verirlər.
Fotolar :
Startup Azərbaycan Yekun Təqdimat Mərasimi
Startup Azərbaycan 2014 Finalçıları ilə İnvestorların Görüşü
Startup Azərbaycan 2014 Milli Konfransı