Fontu böyüt:
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) elektron xidmət spektrini genişləndirib. Bu ilin aprelindən QKDK-nin portalı vasitəsilə (www.scs.gov.az) daha 5 növ elektron xidmətdən istifadə imkanı yaranıb.
Vətəndaşlar, qiymətli kağızlar bazarının peşəkar istifadəçiləri, qiymətli kağız emitentləri, lotereya oyunlarının təşkilatçları və s. QKDK-ya elektron formada müraciət, məlumat mübadiləsi edə, hesabat verə bilərlər. Bunun üçün elektron imza yetərlidir.
QKDK KİV üçün məlumatda bildirir ki, elektron xidmətdən 2011-ci ilin iyunundan istifadə edilir.
xeberler.az/Günel