“Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə Təlimlərə start verilib.
Təlimlərin açılış mərasimində RİTN-nın nümayəndəsi Kamal Məmmədov, Azərfon şirkətinin ictimaiyyətlə əlaqələr və korporativ ünsiyyət şöbəsinin rəhbəri Nigar Arpadarai, AMEA İnformasiya Texnologiyaları institutunun Təlim Mərkəzinin direktoru Rəsmiyyə Mahmudova, AİF prezidenti Osman Gündüz və Təlimçilər iştirak ediblər.
“Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə Təlimlərə start verilib.
Təlimlərin açılış mərasimində RİTN-nın nümayəndəsi Kamal Məmmədov, Azərfon şirkətinin ictimaiyyətlə əlaqələr və korporativ ünsiyyət şöbəsinin rəhbəri Nigar Arpadarai, AMEA İnformasiya Texnologiyaları institutunun Təlim Mərkəzinin direktoru Rəsmiyyə Mahmudova, AİF prezidenti Osman Gündüz və Təlimçilər iştirak ediblər.
Təlimlərdə jurnalist-tələbələr və müxtəlif KİV-lərdə çalışan jurnalistlər iştirak edir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Təlim Mərkəzində təşkil olunan bu Təlimlər qabaqcadan Jurnalistlərin arzusu nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçirilir.
Təlimlərin birinci günü yeni media mütəxəssisləri və ekspertlər Şaiq Muradov və Seymur Kazımov “ Sosial mediadan effektiv istifadə. Sosial mediada PR” mövzularında jurnalistlər qarşısında təqdimatlar ediblər.
Sonrakı gün ekspertlər Rəşad Əliyev və Ayaz Quliyev “Jurnalistlər üçün Mobil texnologiyalar. Mobil İnternet. Mobil xidmətlər, nömrə daşınması, mobil etiket və Mobil reklam” mövzularında təlim keçiblər.
Yeni media mütəxəssisi Azər Nəzərov növbəti Təlimdə “Multimedia Jurnalistika, səsli və görüntülü xəbərlər, video servislər, video və fotoredaktədə etika problemləri” mövzularında jurnalistlər qarşısında çıxış edib.
Ekspertlərin təqdimatları jurnalistlər tərəfindən xeyli maraqla qarşılanıb. Jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Layihə çərçivəsində keçirilməsi nəzərdə tutulan növbəti təlimlərdə jurnalistlər üçün “Elektron hökumət” və əsas anlayışlar, Korrupsiyanın qarşısının alınmasında elektron hökumətin rolu, İnformasiya açıqlığı, Onlayn şəffaflıq, Sosial media və elektron hökumət, İnformasiya əldə edilməsi haqqında Qanunun xüsusiyyətləri, E-hökumətdə informasiya təhlükəsizliyi, konfidensiallıq, kibercinayətkarlıq” və s. mövzularda məşğələlər təşkil olunacaq.
Adı çəkilən Layihə çərçivəsində keçirilən Təlimlər cari həftənin sonunda başa çatacağı nəzərdə tutulub.
Artıq məlumat verildiyi kimi “Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində eyni zamanda “Onlayn Media” müsabiqəsi və Tvitter mikroblqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma da keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq materialların təqdim olunması davam edir.
“İKT İli”-də həyata keçirilən Layihənin əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna, elektron hökumətin formalaşmasına dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.
Layihə Multimedia Mərkəzi tərəfindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi və Nar Mobile-in Baş sponsorluğu ilə həyata keçirilir
Layihə AMEA İnformasiya Texnologiyaları institutu ilə əməkdaşlıq şəraitində həyata keçirilir.
Təlimlərdən hazırlanan fotolar : https://www.facebook.com/media/set/?set=a.309223652550518.1073741833.159001754239376&type=3