21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Televiziya kanallarında türk dilində verilişlər və filmlərin tamamilə sıradan çıxarılması tamaşaçılar, eləcə də mütəxəssislər tərəfindən birmənalı qarşılanmır. Məsələyə münasibət bildirən professor Qulu Məhərrəmli türk dilində verilişlərə qadağa qoyulmasına mənfi münasibət bəslədiyini bildirdi. Bu məsələdə türk dilində kütləvi filmlər verən televiziyaların da müəyyən mənada günahı olduğunu bildirən Q.Məhərrəmli problemin hansısa bir razılaşma əsasında həyata keçirilməsinin mümkünlüyünü vurğulayıb. Türk filmlərinin digər ölkə seriallarından fərqli olaraq əhəmiyyətli dəyərlər aşıladığını bildirən professor Milli Televiziya və Radio Şurasının bu məsələdə məntiqə uyğun gəlməyən qərar qəbul etdiyini bildirib: “Bu cür qadağanın qoyulacağı ən azı üç ay əvvəlcədən xəbərdarlıq edilməliydi. Filmləri yarıda kəsmək özü də tamaşaçıya qarşı hörmətsizlikdir”. Q.Məhərrəmli hesab edir ki, şura bu məsələyə diqqətlə yanaşmalı və problem balansın normal şəkildə qorunması yolu ilə həll olunmalıdır.
Millət vəkili Nizami Cəfərov isə hesab edir ki, türk dilində olan filmləri tərcümə etməyə ehtiyac yoxdur. Türk dilində verilişlərin verilməsinə tamamilə qadağa qoyulmasının doğru olmadığını bildirən millət vəkilinin sözlərinə görə, bu məsələni ancaq filmlərin verilməsinə limit qoymaq yolu ilə həll etmək olar: “Filmlərin Azərbaycan türkcəsinə tərcümə olunmasını tələb etməyi düzgün hesab etmirəm. Çünki tərcümə zamanı bir sıra dil problemləri meydana çıxacaq. Həmçinin hazırda Türkiyə ilə hərtərəfli əlaqələr yaratmağa çalışdığımız bir zamanda bu addım həmin əlaqələrə də mənfi təsirini göstərə bilər”. Türkiyə televiziyalarında üstünlük təşkil etməsə də, Azərbaycan dilində verilişlərin verildiyini vurğulayan millət vəkili türk filmləri kimi Azərbaycan filmlərinin də türk dilinə çevriləməsinin qətiyyən tərəfdarı olmadığını bildirib: “Azərbaycan dilində olan verilişlərin Türkiyə televizyalarında yayınlanmasına qadağa qoyularsa, biz buna da etirazımızı bildirməliyik”. “OLAYLAR” İA