21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanın aparıcı mobil operatoru «Azercell Telekom» «Insan Qaynaqlarına Sərmayə Yatırımı» üzrə Beynəlxalq Standart (IIP-Investors In People) Sertifikatına layiq görülüb. Bu barədə xeberler.az-a şirkətin Baş ofisindən verilib.
Qeyd edək ki, 3,5 mln.-dan çox abonenti olan «Azercell» MDB ölkələri arasında adı çəkilən sertifikata sahib ikinci şirkətdir. Şirkət 2006-cı ildə bu Sertifikatın alınması üçün irəli sürülən 12 tələbin hamısına cavab verərək Standarta layiq görülüb.
İngiltərədə 1992-ci ildə yaradılmış, hazırda 30 mindən çox şirkət və təşkilatlarda istifadə olunan IIP Standartı bütün şirkətlərə qarşılarına qoyduqları biznes prioritetlərini həyata keçirmələri üçün işçilərinin liderlik qabiliyyətlərinin inkişaf etdirilməsinə, işçi məmnuniyyətinin artırılmasına və ümumilikdə şirkətin məhsuldarlığının yüksəldilməsinə kömək edir.
Standart həmçinin şirkətdə çalışan insanların maarifləndirilməsi, işçilərin potensialına diqqət ayrılması və onların inkişafı imkanlarının artırılması üçün lazımi təcrübə təqdim edir.