İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Osman Gündüz: Mobil nömrə daşınmasından gözləntilər özünü doğrultmayıb

19.04.2014 [19:14]

Fontu böyüt:      

Nazir Əli Abbasov mobil operatorların danışıq tariflərini aşağı salması üçün inzibati tədbirlərə əl atacağını bildirib. Təbii, müstəqil tənzimləyici qurum olmadıqda yeganə yol məhz bundan ibarətdir.

Nazir Əli Abbasov mobil operatorların danışıq tariflərini aşağı salması üçün inzibati tədbirlərə əl atacağını bildirib. Təbii, müstəqil tənzimləyici qurum olmadıqda yeganə yol məhz bundan ibarətdir.

Baxmayaraq ki Bakcell dərhal cavab verib ki, bu belə deyil və onların qiymətləri sərfəlidir, əslində cənab Nazir real vəziyyəti deyib. Bu sahədəki vəziyyət həqiqətən normal deyil. Bizdəki mobil danışıq və mobil İnternet tarifləri həm regionda və həm də dünyada ən yüksək və şişirdilmiş tariflərdir.

Mobil internet və onun keyfiyyəti isə lap biabırçılıqdır. Uzağa getmək lazım deyil , elə RYT Nazirliyin yaxınlığında Mobil İnternetdən istifadə edərək bunu görmək olar. Təklif edərdim ki Nazirliyin Tənzimləyici şöbəsinin əməkdaşları öz otaqlarından Mobil İnternetə daxil olub baxsınlar ki necə tənzimləyirlər. 

Təsəvvür edin ki qonşu ölkələrlə, lap elə Türkiyə ilə müqayisədə bizdəki mobil danışıq tarifləri az qala 3 dəfə yüksəkdir. Baxmayaraq ki son dövrlərdə həqiqətən də Operatorlar tərəfindən endirimlər edilib amma yenə də qonşu ölkələrə müqayisədə qiymətlər bahadır.

Avropada roumuinqin ümumiyyətlə ləğv edilməsi gündəmdə olduğu bir vaxtda MDB məkanında ən bahalı rouminq bizdədir. Əksəriyyət insanlar xaricə gedəndə məcburdur ki ya telefonu söndürsün və ya effektiv – səmərəli istifadə etməsin. 

Reallıq budur ki, həm danışıq tarifləri , həm mobil İnternet və həm də rouminq tarifləri kifayət qədər yüksəkdir və real xərcləri əks etdirmir. Amma eyni zamanda diqqətə çatdırmalıyam ki bu cür mühitin yaranmasında elə RYTN-nin də günahı az deyil. Adicə nömrə daşınması məsələsini elə vəziyyətə gətirdilər ki sonda bu siyasət iflasa uğradı. Gözləntilər özünü doğrultmadı.

Nömrə daşınma rəqabət mühitinin inkişafına hər hansı müsbət təsir etmədi. Abonent uğrunda hər hansı mübarizə filan müşahidə olunmadı. Yalnız korporativ müştərilər uğrunda hansısa gəlişmələr müşahidə olunur.Səbəb isə əslində 2008-ci ildən gündəmdə olan bir məsələnin - nömrə daşınmasının süni surətdə ləngidilərək 7 il uzadılmasında idi. Artıq bütün istifadəçilərin cibində hər üç mobil operatoru nömrəsi olandan sonra təbii ki nömrə daşınması heç bir dəyişiklik yaratmayacaqdı. (Osman Gündüz)


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar