"Prodemos” və “Anti-korrupsiya tədqiqatları mərkəzi” QHT-ları Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının dəstəyi ilə rusum.az veb-portalının yeni versiyasını buraxıblar.
Yenilənən portal artıq daha funksional və operativdir.
"Prodemos” və “Anti-korrupsiya tədqiqatları mərkəzi” QHT-ları Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının dəstəyi ilə rusum.az veb-portalının yeni versiyasını buraxıblar.
Yenilənən portal artıq daha funksional və operativdir. O, üç əsas bölmədən ibarətdir: “Tariflər və rüsumlar” (nazirliklər, komitələr, dövlət şirkətləri, səhmdar cəmiyyətləri və digər dövlət strukturları tərəfindən onların ödənişlərinin, rüsum və tariflərinin həcmində göstərilən xidmətlərin siyahısını özündə əks etdirir), “Dövlət orqanlarına müraciət” (dövlət strukturları, telefonlar, qaynar xətt nömrələri, internet-ünvanlar və elektron poçt ünvanları) və “Qanunvericilik” (tarif və rüsumların olduğu bütün hüquqi-normativ sənədlər).
Bundan başqa, resursda yeni, daim yenilənən səhifərlər yaradılıb: “Faydalı məlumat” və “Xəbərlər”, həmçinin pensiyalar, ziyarətçilər qanunvericilikdə nəzərdə tutulan ödəmələrin məbləği haqqında məlumatlar ala biləcəkləri avtomobilin texniki baxışı və gömrük rəsmiləşdirməsi üçün kalkulyatorlar.
Saytda həmçinin xidmətlər üçün ərizə və anket formaları yerləşdirilib. Vətəndaşlar ərizə və anketləri çap edə və onlar müvafiq dövlət strukturlarına təqdim edə bilərlər.