İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Təhsil Nazirliyi tərəfindən Distant Təhsil Mərkəzinin açılışı oldu

22.05.2012 [17:57]

Fontu böyüt:      

23 may tarixində 20 saylı məktəb-liseydə Distant Təhsil Mərkəzinin açılış mərasimi keçirilmişdir. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron Təlimləndirən Sistemlər” layihəsinin
Təhsil Nazirliyi tərəfindən Distant Təhsil Mərkəzinin açılışı və www.mesafedenmekteb.edu.az İnternet Portalının təqdimatı edildi.

23 may tarixində 20 saylı məktəb-liseydə Distant Təhsil Mərkəzinin açılış mərasimi keçirilmişdir. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron Təlimləndirən Sistemlər” layihəsinin əsas komponentlərindən biri olan Distant Təhsil Mərkəzi xüsusi qayğıya ehtiyacı olan şagirdlərin distant tədris metodları vasitəsilə orta təhsilini təmin edir.

Açılış mərasimində Təhsil Naziri, professor Misir Mərdanov, habelə təhsil sektorunun müxtəlif nümayəndələri iştirak etmişdir.

Tədbir çərçivəsində www.mesafedenmekteb.edu.az İnternet portalının da təqdimatı keçirilmişdir.

Qeyd etmək lazımdır ki, “Elektron Təlimləndirən Sistemlər” layihəsinin əsas məqsədi evdə təhsil alan sağlamlıq imkanları məhdud olan uşaqları distant təhsilə cəlb etməklə, cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək, onların təhsil almaq imkanlarını yaxşılaşdırmaq və bununla yanaşı, kompyuter, elektron resurslardan istifadə bacarıqlarının artırılması və İnternetə çıxış imkanlarının yaradılmasıdır.

Layihə çərçivəsində 30 şagird və 7 müəllim heyəti Apple şirkətinin istehsalı olan Macbook noutbukları ilə təchiz olunmuş, şagirdlərin evləri Azərbaycan Təhsil Şəbəkəsinə qoşularaq, yüksək sürətli İnternet bağlantısı ilə təmin edilmişdir.

Şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədi ilə 20 saylı məktəb-liseyin seçilmiş sinif otaqları yüksək sürətli fiberoptik İnternet və İntranet bağlantıları ilə təchiz olunub. Eyni zamanda Xüsusi qayğıya ehtiyacı olan uşaqların Distant Təhsilinin icrasını təmin etmək məqsədilə müəllimlər, şagirdlər və valideynlər üçün İKT avadanlıqlarından və texniki vasitələrdən istifadəyə dair metodik vəsait hazırlanmışdır.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar