Fontu böyüt:
Xeberler.az portalının Rabitə və İnformasiya nazirliyinin rəsmi internet səhfəsinə istinadən verdiyi xəbərə görə, hazırda Cənubi Koreyanın internet istifadəçilərinin böyük əksəriyyəti Qlobal şəbəkəyə saniyədə 10 meqabit, 5 iri şəhərinin sakinləri isə saniyədə 1 qiqabit sürətlə daxil olurlar. Abonentlərin aylıq ödənişləri isə təqribən 27 dollardı.
Qeyd edək ki, son məlumatlara əsasən lider bu nailiyyətlə kifayətlənmək fikrində olmadığını bildirib və 2012-ci ilin sonunadək hər bir istifadəçi üçün internetin sürətini saniyədə 1 qiqabitə kimi yüksəltmək fikrində olduğunu bəyan edib.
Bu proyekt həyata keçdikdə Cənubi Koreyanın hər bir internet istifadəçisi ABŞ-ın ortastatistik internet istifadəçisi ilə müqayisədə 200 dəfə tez şəbəkədən məlumat yükləyə biləcək.