21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün (27 May) Multimedia Mərkəzinin gerçəkləşdirdiyi “İnformasiya cəmiyyətinin jurnalisti” layihəsinin yekunlarına həsr olunan mərasim keçirilib.
Tədbiri giriş sözüylə açan Azərbaycan İnternet Forumun (AİF) prezidenti Osman Gündüz təlimlərin ölkənin İKT və media sahəsində ən tanınmış mütəxəssislər tərəfindən keçirildiyini qeyd edib. Ölkədə informasiya cəmiyyəti quruculuğu sahəsində layihənin rolu haqqında danışıb. Ardınca Azercell şirkətinin PR meneceri Ülviyyə Həsənzadə və HP şirkətinin nümayəndəsi Səbinə Pərvizi çıxış edərək bu tip layihələrin ölkədə İnformasiya cəmiyyəti quruculuşuna təkan verəcəyini bildiriblər.
Treninqləri uğurla başa vuran 19 nəfərə sertifikatlar təqdim olunub.
Ardınca isə “İnformasiya cəmiyyətinin ən yaxşı jurnalisti” nominasiyası üzrə qaliblər elan edilib.
İnformasiya Cəmiyyətinin Jurnalisti ” nominasiyası üzrə 1-ci yeri Fərəh Sabirqızı (Express qəzetində dərc olunan “Tələbələrimizin kompüter qayğıları” yazısı) qazanıb.
2-ci yeri iki jurnalist tutub : Vüqar Haqverdiyev ( Azərbaycan qəzetində dərc olunan “İnformasiya və inkişaf” yazısı) və Ülviyyə Şamilqızı ( Xalq Cəbhəsi qəzetində dərc olunan “İnternet Medianın problemləri” yazısı) qazanıblar.
3-cü yeri 3 nəfər tutub: İsmayıl İsmayılov ( Mediaforum saytında dərc olunan “İnternet media” yazısı), Fuad Hüseynzadə ( Paritet qəzetində dərc olunan “Azərbaycanda mobil texnologiyanın yeni mərhələsi” yazısı) və Cəvahir Səlimqızı ( Mərkəz qəzetində dərc olunan “Virtual aləmin real faciəsi” yazısı).
Qaliblərə və fərqlənənlərə Diplomlar və Azercell , HP və ULTRA şirkətlərinin qiymətli hədiyyələri
( Netbook, çoxfunksiyalı printerlər, mobil telefon, rəqəmli fotoaparat, rəqəmli diktofon və s) təqdim olunub
Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, İTV Yayım Şurasının sədri, Münsiflər heyətinin üzvü Cahangir Məmmədli, ekspert və münsif Azər Həsrət və digərləri çıxış edərək özəl sektor və ictimai qurum tərəfindən dəstəklənən bu tip
Layihələrin mühüm əhəmiyyət kəsb etdiyini və İnformasiya Cəmiyyəti quruculuğuna ciddi təkan verəcəyini, bu sahədə görülən işlərin davamlı olmasının zəruriliyini qeyd ediblər.
Layihə Azercell, HP və ULTRA şirkətləri tərəfindən dəstəklənib.



