İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

BakuTel 2009 Beynəlxalq Sərgi və Konfransı davam edir

05.11.2009 [19:09]

Fontu böyüt:      

Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” BakuTel 2009 Sərgisi və Konfransının iştirakçıları informasiya texnologiyaları sahəsində özlərinin maraqlı yeniliklərini nümayiş etdirir.

Bu günlərdə Bakıda keçirilən 15-ci Yubiley Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” BakuTel 2009 Sərgisi və Konfransının iştirakçıları informasiya texnologiyaları sahəsində özlərinin maraqlı yeniliklərini nümayiş etdirir.

Rabitə və informasiya texnologiyaları nazirliyinin rəsmi veb resursunun məlumatına əsasən, BakuTel 2009-da müasir kommunikasiya texnologiyalarının geniş tətbiq olunması prioritet sayılan milli layihələrin reallaşmasının səmərəliliyini, bütün ölkə ərazisində əhali üçün sosial xidmətlərin keyfiyyətini və əldə olunmasını artırmağa imkan verir. Sərgiyə gələn qonaqlar ölkənin rabitə bazarına yaxın gələcəkdə daxil olacaq yeniliklərlə ətraflı şəkildə tanış olur, eləcə də yüksək texnoloji həll variantlarının, rabitə bazarında əldə edilə bilən ən yeni texnologiyaların və fəaliyyətdə olan xidmətlərin şahidi olur.
Azərbaycanın mobil rabitə operatorları Azercell Telecom və Azerfon şirkətləri 3G - üçüncü nəsil mobil rabitə texnologiyalarını və 3G-nin istifadəçilər üçün yaratdığı tamamilə yeni və maraqlı  imkanları təqdim ediblər.

Sərgidə "Dilmanc" layihəsi çərçivəsində hazırlanmış ilk telefon-tərcüməçi sistemi böyük marağa səbəb olub. Dilmanc qrupu tərəfindən yaradılmış bu yeni texnologiya sayəsində telefon danışıqlarının avtomatik tərcüməsini həyata keçirmək mümkündür. Sistem Azərbaycan-İngilis və İngilis-Azərbaycan istiqamətləri üzrə avtomatik tərcüməni həyata keçirir. Hazırda sistem işlənib hazırlanma mərhələsindədir və kommersiya tətbiqi üçün hələ hazır deyil.

Azərbaycan hökuməti tərəfindən son zamanlar ölkədə kosmik sənayenin yaradılması və müvafiq olaraq milli telekommunikasiya peyklərinin orbitə çıxarılması istiqamətində görülən işlər də BakuTel 2009-da öz əksini tapıb. Belə ki, Azərbaycanın milli peykinin yaradılması və orbitə buraxılması üzrə tenderdə qalib gəlmiş “Orbital” şirkəti 2011-ci ilin dekabr ayında orbitə buraxılması planlaşdırılan milli peykin təsdiq olunmuş maketini təqdim edib.

Tədbirdə diqqət cəlb edən stendlərdən biri də Microsoft şirkətinin təqdimatı olub. Microsoft  Windows 7 yeni əməliyyat sistemini təqdim edib. Hazırda yeni əməliyyat sisteminin Azərbaycan dilinə lokallaşdırılması istiqamətində işlər aparılır.

Azərbaycanın Ultra şirkətinin stendində “Nexus” noutbukların yeni modelləri, eləcə də “Elektron-imza”, “Elektron-sənəd” kimi əhəmiyyətli sosial layihələr təqdim olunub.

BakuTel 2009-da həmçinin böyük maraq doğuran təqdimatlardan biri də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, HP və Microsoft şirkətlərinin birgə olaraq həyata keçirdikləri "Xalq kompüteri" layihəsi olub. Layihənin əsas məqsədi əhalinin sosial təbəqələrinin müasir kompüterlərin və lisenziyalı proqramlarla təchiz edilmiş güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.

Azərbaycanın ilkin provayderi olan Delta Telekom regionda ilk dəfə mobil genişzolağlı WiMAX şəbəkəsinin tətbiqini nümayiş etdirib. Bu texnologiya 100 km/s sürətlə hərəkət edən avtomobil və ya başqa nəqliyyat vasitəsində 10MB/s sürətlə internete qoşulmaq imkanı verir.  

“Nard Integrated Technologies” şirkətinin geniş ekspozisiyası “Ağıllı Ev” (“Smart Home”, “Home Automation”) texnologiyalarına həsr olunub.

Ümumiyyətlə sərgidə telekommunikasiyalar və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyaları, tele-radio-yayım avadanlıqları və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyaları və xidmətləri, e-biznes və e-hökumət sistemləri. Wi-Fi və digər simsiz rabitə texnologiyalarının İnternetə çıxışı geniş təqdim olunub.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar