Fontu böyüt:
Proqram təminatının işinin təcrübi istismar rejimində ciddi-cəhdlə yoxlanmasından sonra, 2009-cu ilin avqust ayından başlayaraq, MBASK sığorta şirkəti, Azərbaycanda ilk dəfə olaraq, “Fadata” bolqar şirkəti tərəfindən işlənmiş, İNSİS yeni əməliyyat sistemini sənaye istismarı üçün işə salıb.
Çevik və biznesin tələbatına və səciyyəsinə uyğunlaşdırılmış İNSİS sistemi sığorta müqavilələrinin qeydiyyatı ilə bağlı olan biznes-prosesləri avtomatlaşdırır, sənədlərin işlənməsi və polislərin buraxılması vaxtını azaldır, istər yeni müştərilərə, istərsə də qüvvədə olan polislər üzrə müraciət edən müştərilərə xidmət göstərilməsi zamanı müştəri xidmətinin səviyyəsini yüksəltməyə imkan verir. Bundan əlavə, sistem şirkətin agentlərinə komission mükafatların ödənilməsi zamanı hesablaşmanın sürətini və dəqiqliyini artırır, həmçinin sığorta tələbinin təkmilləşdirilməsi prosesinin sürətləndirilməsinə imkan yaradacaq.
Bu proqram məhsulu Oracle texnologiyasına əsaslanır və modul arxitekturasına malikdir. Əməliyyat sisteminin sifarişçinin ehtiyaclarına uyğunlaşdırılması ilə bağlı konsaltinq xidmətləri, habelə istifadəçilərin texniki baxımdan müşayiət edilməsi və təlimlənməsi üzrə xidmətlər Rusiyanın FORS şirkətinin mütəxəssisləri tərəfindən göstərilir.
- Bu sistemin tətbiq edilməsi – şirkət üçün mühüm addımdır. Belə ki, bu sistemin istifadəyə verilməsi, mexaniki səhv faktorlarını aradan qaldırmaqla yanaşı, şirkətin biznes proseslərinin optimallaşdırılmasına imkan yaradaraq, xidmətin keyfiyyətini artıracaq, əmək sərfini azaldacaq və nəticə etibarilə inzibati xərclərin də ixtisarına gətirib çıxaracaq, - deyə MBASK SŞ-nin İdarə Heyətinin Sədrinin Birinci Müavini Rəşad Abbasov bu hadisəni şərh edib.