Fontu böyüt:
Region dövlətlərində fəaliyyət göstərən bir sıra böyük operatorlar Transmilli Avrasiya Superinformasiya Magistralı (TASİM) layihəsində iştiraka maraq göstərir. Bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazirin sözlərinə görə, BMT tərəfindən dəstəkləndikdən sonra layihəyə region dövlətləri tərəfindən də dəstək verilib. Artıq regionda fəaliyyət göstərən bəzi böyük operatorlar TASİM-ə qoşulmaq üçün danışıqlar aparır. Hazırda «China Telecom», «Türk Telecom», «Rostelekom», «Kazakh Telecom» və digər şirkətlər bu danışıqlarda iştirak edir. Ə.Abbasov hesab edir ki, gələn il layihə üzrə bu şirkətlərdən ibarət konsorsiumun yaradılması mümkündür.