İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda Turizmin inkişafı məqsədilə online-sistem yaradılıb

13.03.2009 [14:02]

Fontu böyüt:      

Online-rezervasiya sistemi Bakı Turizm İnformasiya Mərkəzinin təşəbbüsü ilə hazırlanıb.


Azərbaycanın müxtəlif regionlarında 11 yerdə turizm informasiya mərkəzi yaradılıb. Bunların yaradılmasında əsas məqsəd turistlərin gəlişini təşkil edərək onlara Azərbaycan haqqında informasiyanı təqdim etmək və nəticədə də turist axınını gücləndirməkdir. Odur ki, regionlar barəsində müxtəlif bələdçi kitabları hazırlanıb. İnformasiya mərkəzlərinin əsas işi turizm rəhbərlərinin turizm təkmilləşdirmə kurslarını təşkil etməkdir. Bu sözləri dünən online-rezervasiya sisteminin təqdimatında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib.

Qeyd edək ki, bu sistem vasitəsilə dünyanın istənilən nöqtəsində istəyən şəxs Azərbaycanın turizm potensialı, turizm marşrutları, ölkəmizdə yerləşən turizm-istirahət mərkəzləri, otellər haqqında geniş məlumat toplaya biləcək. Üç dildə - Azərbaycan, rus və ingilis dillərində hazırlanan online-rezervasiya sistemində hələ ki, Bakıda fəaliyyət göstərən 9 otel haqqında məlumat yerləşdirilib.

Gələcəkdə otellərin sayının artırılması nəzərdə tutulub. Saytda eləcə də otellərin qiymətləri, Bakıda hava durumu, valyuta məzənnələri, milli mətbəximiz haqqında məlumat, eləcə də Bakıda fəaliyyət göstərən təşkilatlar haqqında informasiya yerləşdirilib.

Qeyd edək ki, online-rezervasiya sistemi Bakı Turizm İnformasiya Mərkəzinin təşəbbüsü ilə hazırlanıb.


xeberler.az/Ellada
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar