Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyinin rəsmi internet səhifəsi fəaliyyətə başlayıb. Ölkəmizin Qırğız Respublikasındakı Səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, rəsmi veb səhifəsi ilk önçə səfir Hidayət Orucovun ön sözü ilə acılır.
Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyinin rəsmi internet səhifəsi fəaliyyətə başlayıb. Ölkəmizin Qırğız Respublikasındakı Səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, rəsmi veb səhifəsi ilk önçə səfir Hidayət Orucovun ön sözü ilə acılır. Ön sözdə səfir veb səhifəyə daxil olan istifadəciləri salamlayır və Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri və əlaqələrin inkişafı dinamikası haqda məlumat verir, geniş ictimayyəti isə dövlət mövqeyini və qərəzsiz məlumatlarla ilə tanış olmağa dəvət edir.
Saytda səfirliyin fəaliyyətinə dair məlumatlar, Azərbaycan - Qırğızıstan iki tərəfli əlaqələri, Azərbaycan tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı barədə bilgilər, Azərbaycana səfər etmək və ya ölkəmiz barədə məlumat əldə etmək istəyən xarici ölkə vətəndaşları, habelə soydaşlarımız üçün məlumatlar öz əksini tapıb.
Səhifədə həmçinin erməni təcavüzünü əks etdirən xüsusi bölmə yerləşdirilib. Veb səhifədə Azərbaycanın dövlət qurumları, Azərbaycan iqtisadiyyatının hansı sahələrinə investisiya yatırılması bağlı faydalı məlumatları əldə etmək mümkündür.
Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyinin rəsmi internet səhifəsi ilə bu ünvanda tanış olmaq olar: www.azembassy.kg.