İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İnternet - biznes sahəsində investisiya mühiti və milli Startuplar - KONFRANS

10.04.2013 [17:23]

Fontu böyüt:      

Bu gün Four Seasons Hotelində Startup Azərbaycan tərəfindən “İnternet-biznes üçün investisiya mühiti və investisiya imkanları” mövzusunda Konfrans keçirilib.
Bu gün  Four Seasons Hotelində Startup Azərbaycan tərəfindən  “İnternet-biznes üçün investisiya mühiti və investisiya imkanları” mövzusunda  Konfrans keçirilib. 
Konfransın məqsədi ölkədə İnternet biznesinin, o cümlədən milli Startupların mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı peşəkarların və ekspertlərin iştirakı ilə müzakirələr aparmaq və çıxış yollarını göstərməkdən ibarət olub.
Konfrans AİF prezidenti Osman Gündüz, RİTN-nin şöbə müdiri Elçin Zeynalov və Bakcell şirkətinin rəsmisi Mark Zirkanın açılış nitqləri ilə başlayıb.
Konfrans “Milli Startuplar:  mövcud vəziyyət və  inkişaf  perspektivləri”  və  “Startuplar üçün investisiya mühitinin inkişaf  perspektivləri” mövzusunda 2 sessiyadan ibarət olub. 
Konfransda  Startup Azərbaycan Təşkilat Komitəsinin üzvü Şaiq Muradov StartUp Azərbaycan Layihəsinin təqdimatını edib  və bu Layihə haqqında, Layihə çərçivəsində keçiriləcək tədbirlər haqqında geniş məlumatlar verib.
Konfransın 1-ci sessiyasında həmçinin Azərbaycan İnternetinin  tanınmış nümayəndəsi Elnur Baimov “Startupların uğur göstəriciləri, uğurlu Startupa gedən yol”, TK üzvü Ülvi Aslanov  
“Startuplar və beynəlxalq təcrübə”, Sahil İT şirkətinin rəhbəri Vahid Qasımov  “İT mütəxəssislərin hazırlanması və Startuplar” mövzusunda təqdimatlar ediblər.
Golden Pay şirkətinin rəhbəri Fərid İsmayılzadənin moderatorluğu ilə keçən 2-ci sessiyada  RİTN nümayəndəsi Elçin Zeynalov  “İKT-nin inkişafı Dövlət Fondu haqqında”, marketoloq Məmməd Kərimov  “Milli Startuplar və İnvestisiya”, İNFİPRO  şirkətinin  rəhbəri Eldar Abbasov  “Startupların vençur maliyyələşməsi “ və Qafqaz Universitetinin Texnopark müdiri  İsa Qasımov Universitet Texnoparkı ilə bağlı maraqlı təqdimatlar ediblər.
Təqdimatlar  və mövzu ətrafında maraqlı müzakirələr və sual-cavablar  olub. Müzakirələrdə İKT Mərkəzinin  direktoru Fərid Kazımov, Microsoft şirkətinin nümayəndəsi Emin Axundov, TK üzvü  Ayaz Quliyev, Startupçı  Fərahim Əliyev, Qafqaz Universitetinin müəllimi Abzəddin Adamov, Bakcell şirkətinin nümayəndəsi Hikmət Tağıyev, Startupçı Rəşid Əliyev və digərləri çıxış ediblər. Çıxışlarda  ölkədə milli Startupların inkişafı istiqamətində mövcud olan vəziyyət və problemlər sadalanıb, bu sahədə investisiya mühitinin, hüquqi bazanın, kadrların hazırlanmasının yaxşılaşdırılması təklifləri irəli sürüb. İKT-nin inkişafı üzrə Dövlət Fondundan bu istiqamətdə ciddi gözləntilərin olduğu bildirilib. 
Elnur Baibov investisiyanın mühüm əhəmiyyət kəsb etməsini , son dövrlərdə ölkədə bu istiqamətdə müsbət dəyişikliklərin olduğu qeyd etməklə bərabər, Startupçıların da çox aktiv olmalarının, sistemli formada çalışmalarını və uğursuzluqlardan qorxmamaqlarının vacibliyini qeyd edib. O,Startupçılar üçün yorulmadan çalışmağın və  uğursuzluqlardan da  öyrənməyin vacib olmasını vurğulayıb.
Tədbirdə dövlət, özəl və təhsil sektorunun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, ölkənin tanınmış İT mütəxəssisləri, uğurlu Startup təmsilçiləri və investorlar iştirak  ediblər.
Startup Azərbaycan Layihəsinə  Rabitə və İnformasiya Texnologiyaları nazirliyi dəstək verir. 
Startup Azərbaycanın Baş sponsoru Bakcell şirkətidir.  
Microsoft, İnfi Pro şirkətləri də Startup Azərbaycanın sponsorlarıdır.
Geniş məlumat : www.startup.az 
StartUp Azərbaycan TK
492 -44 44
www.startup.az 
@startupaze
fb.com/startupazerbaijan 

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar