Fontu böyüt:
Facebook istifadəçiləri bir ayda 14 milyard dəqiqə sayta sərf edir.Aprel ayında Facebook istifadəçiləri 13,9 milyard dəqiqəni saytda xərclədilər.
Bir il əvvəl isə istifadə müddəti yalnız 1,7 milyard dəqiqə idi. 7 dəfə artan istifadə müddəti Facebook-un ictimai saytlar arasındakı artan üstünlüyündən xəbər verir. MySpace isə 5 milyard dəqiqə ilə Facebook-dan sonra 2-ci sıradadır. MySpace üçün bu dəyər keçən ilə nisbətlə 31% aşağı düşüb.
Facebook-un yuxarı göstərici verməsi hələlik qələbə demək deyil. Facebook-dan sonra Twitter də yüksəlmək üzrədir. Twitter, 2009 Aprel ayındakı 300 milyon dəqiqəlik istifadə nisbəti ilə 3712%-ə qalxıb. Twitter-in maraqlı qrafiki var.
Beləki, sayta üzv olub bir ay boyunca istifadə edən üzvlərin bir sonrakı ay geri dönməmək nisbəti 60 %-dir. Əgər Twitter istifadəçilərini geri qaytarmazsa Facebook-a uduza bilər.