Fontu böyüt:
ABŞ-ın Microsoft şirkəti özünün istehsal etdiyi “ağıllı” saati bu ilin sonuna qədər təqdim etməyi planlaşdırır. Yeni məhsulun təqdimetmə mərasiminin yaxın həftələrdə baş tutacağı gözlənilir - bu isə Milad endirimlərinin başlanğıcına təsadüf edəcək.
Xəbərlər.az saytının məlumatına görə, Microsoft-un “ağıllı” saatı sensor ekran və həm də sutka ərzində öz sahibinin nəbzini ölçmək funksiyasi ilə təchiz olunacaq.
Saatın fərqli cəhətlərindən biri onun müxtəlif platformaları özündə cəmləməsidir. Yeni məhsul nəinki Microsoft Windows Phone əməliyyat sistemində işləyən smartfonları, həm də Android и iOS sistemində işləyən qurğuları da özündə sinxronlaşdıracaq.
Mənbə: newsru.com