İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Dayanıqlı inkişaf naminə genişzolaqlı rabitə”

14.05.2014 [16:24]

Fontu böyüt:      

17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Turenin müraciəti

17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Turenin müraciəti

 

Bu il  qeyd edilən Beynəlxalq  Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü 1865-ci ildə yaradılan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 149 illiyi ilə əlamətdardır. BTİ-nin zəngin  tarixi dünyanın ən qabaqcıl və innovasiyalı rabitə vasitələrini birləşdirməklə teleqrafdan başlayaraq internetə doğru inkişaf edən və insanlara istənilən yerdə və vaxtda dostlar, ailə üzvləri, iş yoldaşları, hətta əşyalarla əlaqə qurmağa imkan verən mobil genişzolaqlı rabitənin yaradılmasına qədər oynadığı böyük rolu təcəssüm etdirir.  

Rabitə hüququ informasiya cəmiyyətində əsas yer tutmaqla informasiya və biliklərə bərabərhüquqlu və universal çıxışın əsas prinsipini təşkil edir ki, bu da öz növbəsində insanların arzu və məqsədlərinə çatmalarının təmini üçün geniş imkanlar açır.  

Bu gün genişzolaqlı internet bağlantılarının imkanları informasiya-kommunikasiya texnologiyalarından tibb, təhsil, dövlət, ticarət və kommersiya xidmətlərindən sosial-iqtisadi artıma nail olmaq üçün istifadənin təminində çox vacib elementdir.

Odur ki, BTİ genişzolaqlı bağlantıların qurulması imkanlarına universal çıxışın təmininə və bu məqsədə nail olmaq üçün siyasi iradəyə köməyə sadiq olaraq qalır.

Bu il biz Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günündə diqqətimizi “Dayanıqlı inkişaf naminə genişzolaqlı rabitə” mövzusuna yönəldəcəyik.   

Hazırda hamıya məlumdur ki, rəqəmli inkişaf dayanıqlı inkişafın sürətləndirilməsi üçün islahatlar alətidir. Onun potensialının tam həyata keçirilməsi üçün yüksəksürətli genişzolaqlı şəbəkələrin qurulmasına ehtiyac duyulmaqla yanaşı, onların tarifləri əlverişli olmalı və hər yerdə çıxış təmin edilməlidir.  

Bununla əlaqədar olaraq BTİ və Genişzolaqlı rabitə üzrə komissiya genişzolaqlı rabitənin dayanıqlı inkişafına nail olmağa yönələn fəaliyyətə rəhbərlik edir. Bu il Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransı da diqqəti “Dayanıqlı inkişaf naminə genişzolaqlı rabitə” mövzusuna yönəltməyin zəruriliyini vurğulayıb.

BTİ tərəfindən dayanıqlı inkişaf naminə genişzolaqlı rabitə sahəsində proqramın önə çəkilməsi ilə bağlı göstərilən səylər iki məqsədə - genişzolaqlı mobil rabitənin təşəkkülünə dəstəyə və zəmanəmizin iqlim dəyişiklikləri ilə mübarizə kimi qlobal problemlərinin həlli ilə yanaşı, stasionar simli rabitə texnologiyasının daimi inkişafına müvəffəq olmağa yönəlib. Genişzolaqlı rabitə əsasında qurulan İKT şəbəkələri dayanıqlı inkişafın üç təməlinin (iqtisadi artım, sosial inteqrasiya və ekoloji sabitlik) təmini üçün güclü elmlərarası yardımçı amil hesab olunur.

Mən bizim tərəfdaşları – hökumət, akademik təşkilatlar və sahə ekspertlərini genişzolaqlı rabitə, infrastruktur, əlavə və xidmətlərin kompleks hazırlanması sahələrində elmi tədqiqatlar və işləmələrdə vacib boşluqları aşkar etməyə, genişzolaqlı rabitə üçün radiotezlik spektrinin bölüşdürülməsi, universal çıxış və innovasiyalı maliyyələşmə mexanizmləri üzrə öhdəliklər sahəsində fəaliyyətlə bağlı siyasətin prioritetlərini müəyyənləşdirməyə və kənd yerlərində, o cümlədən zəif inkişaf etmiş ölkələrdə və inkişaf etməkdə olan kiçik ada dövlətlərində genişzolaqlı çıxışın genişləndirilməsi üzrə ən yeni texniki həlləri tapmağa çağırıram.  

Gəlin, dayanıqlı inkişafa nail olmaq üçün İKT-nin katalitik rolundan istifadə üçün səylərimizi birləşdirək. Bu, gələcəkdə hamının yaxşı yaşamasının təmini üçün başlıca şərtdir.

Baş katib Dr. Hamadun Ture (İctnews)


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar