21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Fransa parlamenti internetdə qanunsuz sistemlərdən fayl yüklənməsini qadağan edən qanun qəbul etdi. Nəticədə qanunsuz yüklənmələrə görə sərt tədbirlər hazırlanıb.
Cəza üç zərbə sistemi adı altında həyata keçiriləcək və ola bilsin ki pirat internet resurslara giriş tamamilə bağlansın. Yeni qanunun icrası provayderlərin üzərinə düşür. Müəllif hüququnu pozan istifadəçilərə iki dəfə qanunsuz yükləməni saxlaması barədə xəbərdarlıq göndəriləcək. Əgər istifadəçi ilk iki xəbərdarlığa məhəl qoymasa, ona üçüncü "zərbə" vurulacaq.
Yəni istifadəçinyə internet verilişi dayandırılacaq. Nəzarət İP ünvanlar əsasında aparılacaq. Həmçinin provayderlər müəllif hüququnu pozan saytlara qadağa qoymalıdırlar. İstifadəçinin internetinin kəsilməsində olduğu kimi, bu prossesdə də əməliyyat keçirmək üçün məhkəmə qərarını gözləmək lazım gəlməyəcək.
Bütün bunlarla yanaşı, Fransada YouTube kimi resurslara giriş də bağlana bilər. Çünki bu saytlarda da tez-tez müəllif hüququ pozulan çarxlar yerləşdirilir.
Ötən ayın sonunda Avropa parlamenti Fransanın bu planına öz etirazını bildirmişdi. Bu hal internet istifadəçilərinin hüququnun pozulması kimi dəyərləndirilmişdi. Lakin görünür fransızların bu işə ayrı yanaşması oldu.