21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Mətbuat Şurası (MŞ) mətbuatla bağlı yeni layihə həyata keçirməyi planlaşdırır. MŞ-dan ANSPRESS-ə verilən məlumata görə, layihə «Azərbaycan yazılı mediasında etik normalara necə əməl olunur?» adlanır.
Layihə çərçivəsində qəzet, jurnal, informasiya agentlikləri və xəbər portalları da daxil olmaqla, ölkədə müntəzəm yayımlanan 60-dan artıq kütləvi informasiya vasitəsinin monitorinqinin aparılması nəzərdə tutulur.
Məlumatda deyilir ki, burada əsas diqqət məlumatlarda həqiqətə xidmət, dəqiqlik, qərəzsizlik dərəcələrinə, KİV-lərin informasiya mənbəyinə münasibətlərinə, o cümlədən şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı, balans və digər prinsiplərə riayət olunması səviyyələrinə yetiriləcək. ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək layihənin icra müddəti bir ildir. /ANS PRESS/