21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Missuri ştatının Universitetinin alimləri qəpik ölçüsündə “nüvə batareyası” yaradıblar. Miniatür enerji mənbəyi elektrik enerjisini radioaktiv izotopların parçalanması hesabına alır.
Maddənin radioaktiv yarımparçalanması zamanı dolu zərrəciklərin boşaldılması baş verir və bu zərrəciklər düzgün yığıldığı halda elektrik cərəyan generasiya edir.
Qeyd edək ki, nüvə batareyaları əvvəl əsasən hərbi və aerokosmik məqsədlərdə istifadə olunurdu. Həmin batareyalar ölçülərinə görə hazırkı batareyalardan xeyli böyükdür.
Alimlər qeyd edir ki, onların yaratdıqları batareyalarda adi alkalin batareyalardan fərqli olaraq milyon dəfə daha çox yük mövcuddur. Yeni batareyaların daha bir üstünlüyü elektrik enerjisinin uzun müddət ərzində (on və ya hətta 100 illərlə) alınması imkanıdır. Bunun səbəbi isə bir çox elementlərin parçalanma müddətinin nisbətən uzun olmasıdır.
Nüvə batareyasının yaradıcılarından biri Cay Van Kuon deyib ki, çoxları üçün “nüvə enerjisi” təhlükəli bir anlayışdır, lakin nüvə enerji mənbələri artıq daha geniş istifadə olunur. Bu cür mənbələr sualtı və kosmik sistemlərdə, müxtəlif elektron qurğularda tətbiq olunur.