Fontu böyüt:
Maqdeburqda (Almaniya) oftalmoloq alim, akademik Zərifə Əliyevanın ad gününə həsr edilmiş poçt markası təqdim olunub.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, üç min tirajla dövriyyəyə buraxılmış poçt markası bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diasporunun Almaniyadakı Mərkəzi Şurasının prezidenti Tengis Sade Baron zu Romkerhallın təşəbbüsü və səyi nəticəsində hazırlanıb.