Fontu böyüt:
USBlər, indi də musiqi CDlərini hədəfə alıb...
USB albomların əsas üstünlüyü prodüserlərə dizayn azadlığı təqdim etməsidir.
Virtual musiqi, Avstraliyada bazara çıxan yeni USB albomlarıyla yeni bir dövrə addım atdı. Yaxın keçmişdə kasetlərin valı, CDlərin kasetləri yox etdiyi kimi USB yaddaşların CDləri aradan çıxaracağı danışılır.
Tətbiq ilk olaraq Avstraliyada həyata keçdi. Sneaky Sound System adlı bir musiqi qrupu, ilk dəfə albomunu ənənəvi CD formatı əvəxinə xüsusi hazırlanmış bir USB ilə bazara təqdim etdi.
USBdə musiqi parçaları MP3 və ya WAV formatında yığıla bilir. Üstəlik USBin içərisindəki kiçik bir proqram ilə prodüserlər musiqisevərlərə daha çox musiqi təqdim etmə imkanına sahibdirlər. Proqram internetə bağlanıb, qrup ya da müğənni haqqındakı xəbərlər, fotoşəkil çəkər və video klipləri də istifadəçilərə köçürə bilir. Ayrıca istəyənlər dinlədikəri mahnının sözlərini də, mahnını dinlərkən asanlıqla nəzərdən keçirə bilirlər. Eyni zamanda proqramda olan mahnılar asan bir şəkildə CD-yə köçürülə bilir...
xeberler.az/Ellada