İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bakıda ənənəvi və onlayn media müzakirə edilib

17.07.2012 [18:10]

Fontu böyüt:      

Bu gün Park İnn otelində yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə “Ənənəvi KİV-dən Onlayn mediaya” mövzusunda keçirilən konfransda bu sahədə beynəlxalq standartlar, aktual problemlər, onlayn azadlığı, sosial media və sosial şəbəkələr diqqət mərkəzində olub.
Bu gün Park İnn otelində yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə “Ənənəvi KİV-dən Onlayn mediaya” mövzusunda keçirilən konfransda bu sahədə beynəlxalq standartlar, aktual problemlər, onlayn azadlığı ilə bağlı qanunvericilik bazası, islahatlar, internet idarəetmə imkanları, sosial media və  sosial şəbəkələr diqqət mərkəzində olub.

    Forum Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı, Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı, eləcə də ATƏT-in Bakı ofisinin və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

    Azərbaycanda onlayn media ənənəvi medianın bazasında yaranır. “Ölkədə KİV-lərin internet səhifələrində onlayn sistemi fəaliyyətdədir. Media xəbərləri onlayn sistemi ilə video, audio və yazı şəklində cəmiyyətə çatdırmaq imkanlarına malikdir”, - deyə Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib. 

    O, KİV-lərlə bağlı statistik rəqəmlərə də müraciət edib. “Hazırda ölkədə 40 qəzet  gündəlik, 200 qəzet həftəlik  dərc olunur, ölkə ərazisində yayımlanan 9 televiziya, 14 regional televiziya var, Əhalinin orta hesabla internetdən istifadə imkanına malikdir. Əhalinin 35 faizi isə genişzolaqlı sürətli internetdən istifadə edir. 20 internet teleradio fəaliyyətdədir. Hazırda qeyri-rəsmi məlumatlara görə, 1 milyon Facebook istifadəçisi və 2000  bloq var. gün ərzində bir milyon insan məlumatları onlayn mediadan alır”, - Mətbuat Şurasının sədri bildirib.

    Beynəlxalq təşkilatların təmsilçilərinin çıxışlarında isə əsas xətt onlayn mediasının fundamental azadlıların inkişafında rolu, Azərbaycanda Prezident Adminstasiyası ilə vətəndaş cəmiyyəti və  media arasında başlanan dialoq olub. “Prezident Administrasiya ilə vətəndaş cəmiyyəti və media arasında bu yaxınlarda başlanmış dialoq çox vacibdir. Bu konfrans həm də dialoqun davamıdır. Biz dialoqun davam etdirilməsini dəstəkləyirik”, - deyə ATƏT-in Bakı ofisinin rəhəbri Koray Tarqay. Avropa Şurasının Bakı ofisinin rəhbəri Konstantin Yerokostotpulos, Böyük Britaniyanın Azərbaycandakı səfiri Peter Bateman və Avropa İttifaqının nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri Andrey Valentinov  çıxışlarında bu sözlərə istinad edib.

   Çıxışlarda həmçinin ənənəvi media ilə onlayn mediasının birlikdə inkişafının vacibliyi qeyd edilib. “İfadə və media azadlığının məhdudlaşdırılmasına yönələn müdaxilələr olmamalıdır. İnternet və onlayn sistemi media mühitini dəyişib və bəzi təhlükələr də yaradır. Bütün bunlara baxmayaraq həm ənənəvi, həm də onlayn mediası ifadə azadlığını artırır, hər bir şəxsin fikrini azad ifadə etmək imkanları yaradır. Bu səbəbdən ənənəvi media ilə onlayn mediası bir yerdə inkişaf etdirilməlidir”, - deyə Avropa İttifaqının Azərbaycan ofisinin siyasi məsələlər üzrə müşaviri Andrey Valentinov qeyd edib.   

    Böyük Britaniyanın səfiri Peter Bateman demokratik dövlətlərdə azadlıqların inkişafını vacib sayır. “İnternet dünyada sərhədləri götürüb. Artıq insanların sərhədlər daxilində deyil, ümumi fikirlər ətrafında birləşməsi aktuallaşıb”.

    Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Azərbaycan gələcəyini azad, plüralist, peşəkar mediasız təsəvvür etmir. “Bu səbəbdən də hökumət ənənəvi media ilə yanaşı onlayn mediasını dəstəkləməkdə davam edəcək”.

    O, eyni zamanda, hökumət qurumlarının informasiyalarının operativ şəkildə medialara çatdırılması sahəsində yeniliklərin olacağını diqqətə çatdırıb.

    ATƏT və Avropa Şurasının Bakı ofislərinin rəhbərləri onlayn mediası sahəsində Azərbaycanda layihələri  davam etdiriləcəyini bildirib.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar