Fontu böyüt:
Sentyabrın 18-də Səbail rayon məhkəməsində gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəmə prosesi başlayıb.
Azadlıq Radiosunun əməkdaşı xəbər verir ki, məhkəmə salonuna əlavə stullar qoyulub. Buna görə də əvvəlki prosesdə olduğu kimi məhkəmənin qarşısı qələbəlik deyil.
Bu dəfəki məhkəmə iclasında beynəlxalq təşkilatların təmsilçiləri ilə yanaşı daha çox xarici jurnalist iştirak edir.
Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.
Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu bildirirlər.