Fontu böyüt:
Firebox brauzerinin təsisçisi Mozilla şirkəti Microsoft-a qarşı Opera şirkəti tərəfindən Avropa Komissiyasında qaldırılmış iddianı dəstəkləyib. Qeyd edək ki, bundan əvvəl irəli sürülmüş iddiada Microsoft özünün Internet Explorer brauzerinin inkişafı istiqamətində rəqabət qaydalarının pozulmasında günahlandırılır.
Mozilla Corp-un icraçı direktoru Mitçel Beykerin sözlərinə görə, o Brüsseldə Microsoft-a qarşı qəbul olunmuş qərarın tam düzgünlüyünə inanır.
Məlumatıa görə, bundan əvvəl antiinhisar orqanları bu barədə yekun rəylərini vermişdirlər. Burada qeyd olunurdu ki, Microsoft “istifadəçiləri həll seçimindən kənarlaşdırmaqla brauzerlər arasında rəqabət qaydalarını pozmaq çalışır”.
Bu işə Mozilla şirkətinin qatılması araşdırma üçün əhəmiyyətli ola bilər. Belə ki, Internet Explorer-in daha çox uğur qazanmış rəqibi məhz Mozilla Firefox brauzeridir. www.mincom.gov.az