Fontu böyüt:
\\Biz bu serialla Ermənistanla münasibətlərimizin normallaşmasına çalışan insanlara və ümumiyyətlə, xalqlar arasında sülhə dəstək vermək istəyirik. Türkiyə prezidenti Abdulla Gülün futbol yığmamızın Ermənistan millisinə qarşı matçına baxmaq üçün İrəvana səfərindən sonra iki ölkə arasında başlanmış yaxınlaşma, məncə, xalqlarımıza pis heç nə verə bilməz\\.
Türkiyə Dövlət Teleradioşirkətinin (TRT) çəkdiyi \\Ayrılıq\\ serialında baş rollardan birini oynayan Atilla Saralın dediyinə görə, Ankara və İrəvan arasındakı münasibətlərin normallaşmasıa TRT də dəstək vermək niyyətindədir. Bu məqsədlə telekanal \\Ayrılıq\\ adlı serialın çəkilişini aparır.
\\TRT bu serial sayəsində erməni-azərbaycanlı düşmənçiliyini də ortadan qaldırmaq üçün addım atmağı düşünür. Serialda məhəbbət, avantür intriqa və təbii qaz boru kəmərinin çəkilişi ilə bağlı mövzulardan bəhs olunur\\, - A.Saral bildirdi. Onun dediyinə görə, Azərbaycan, Çeçenistan və Ermənistanla yanaşı, daha 4 ölkədə çəkiləcək serialın 7 baş qəhrəmanı olacaq.
Serialda rol almış aktyorlardan biri, Əhmət Özhanın əməkdaşımıza verdiyi məlumata görə, \\Ayrılıq\\ macəra serialıdır.
Gürcüstanın Cənubi Osetiya bölgəsinə Rusiyanın qoşun yeritməsi və Moskvanın Tiflisə qarşı müharibəyə başlamasından, hərbi əməliyyatların dramatik yönlərindən, müharibənin doğurduğu insan faciələrindən bəhs edən serialın ana xətti rus və türk iş adamlarının başlarına gələnlərdir.
İstanbulla yanaşı, Azərbaycan, İran, Rusiyanın Şimali Qafqaz bölgəsi, Çeçenistan, Ermənistan və Özbəkistanda çəkiləcək seraillarla bağlı işlər artıq başlanıb.
İstanbuldakı \\Noe Sinema\\ prodüser şirkətinin çəkdiyi serialda Atilla Saral, Əzra Akın, Ərdal Beşikçioğlu, Mehmet Əli Nuroğlu, Zeynəb Tokuş, Özgür Özbərk, Sinemis Candemir, Əhmət Özhan və Kaan Urğancıoğlu rol alıblar.
xeberler.az/Ellada