İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bakıda “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı beynəlxalq konfrans keçirilir

12.10.2011 [14:29]

Fontu böyüt:      

Qafqaz Universitetində “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı V beynəlxalq konfrans başlayıb
Qafqaz Universitetində “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı V beynəlxalq konfrans başlayıb. Beynəlxalq konfransda informasiya elmləri və tətbiqi, kommunikasiya, şəbəkə və avadanlıq, informasiya-kommunikasiya texnologiyalarının humanitar və ictimai elmlərdə, təhsil və tədqiqatlarda, tibb və səhiyyədə, dövlət və idarəçilikdə, biznes, idarəetmə və iqtisadiyyatda tətbiqi mövzusu müzakirə olunacaq.

Konfransı giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru Əhməd Sanıç deyib ki, konfransa Azərbaycan və dünyanın 31 ölkəsindən 250-dən çox alimin məqaləsi daxil olub. O, konfrans müddətində müxtəlif mövzuları əhatə edən 12 plenar iclas keçiriləcəyini söyləyib: “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqinin inkişafı digər sahələrin inkişafında mühüm rol oynayır”.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə dövlətin bu istiqamət üzrə kadr siyasətinə toxunub. O bildirib ki, hökumət informasiya texnologiyaları sahəsində kadrların yetişdirilməsi işinə diqqətlə yanaşır: “Konfransın beynəlxalq əhəmiyyət daşıması onu göstərir ki, Azərbaycanda bu istiqamət üzrə mühüm işlər görülüb”.

BDU-nun rektoru Abel Məhərrəmov bəyan edib ki, XXI əsr informasiya-kommunikasiya əsri kimi tarixdə qalacaq: “Bütün proseslərin əsasında informasiya texnologiyaları durur. Ona görə də bugünkü konfrans böyük əhəmiyyətə malikdir. Hazırda dünya əhalisinin 2 milyardı bu texnologiyalardan istifadə edir. Bu, getdikcə artır”.

Daşkənd İnformasiya Texnologiyaları Universitetinin rektoru Xakim Muhiddinov təmsil etdiyi ali məktəbdə bu istiqamət üzrə aparılan elmi araşdırmalar haqda danışıb.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar və elmi tədqiqatlar haqda öz fikirlərini bölüşüb.

Qeyd edək ki, oktyabrın 14-nə qədər davam edəcək konfrans Bakı Dövlət Universitetində və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda təşkil olunacaq, konfransın sonuncu günü isə Qafqaz Universitetində seksiyalar üzrə müzakirələr keçiriləcək.

Konfrans, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, Daşkənd İnformasiya Texnologiyaları Universiteti, Türkiyə İqtisadi Kalkınma Ajansı (TIKA) və IEEE - Elektik və Elektronika Mühəndisləri İnstitutunun texniki dəstəyi ilə təşkil olunub. Konfrans 2003-cü ildən keçirilir.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar