Fontu böyüt:
Nokia N1 dünən Çin-də satışa çıxarıldı. Şirkət 4 dəqiqə 2 saniyə ərzində 20.000 ədəd Nokia N1 planşeti satdı. Nokia bəlkə də N1 ilə Xiaomi-nin müvəffəqiyyətindən ilhamlanaraq flaş satış yolunda irəliyə getdi. Nəticə nə olursa olsun qısa vaxt ərzində rekord satış əldə olundu.
Nokia N1 performansdada çox gözəl bir planşetdir.
GFXBench tətbiqində iPad mini 3-ü geridə qoyur.
Manhattan testində N1-in xalı 589, iPad mini 3 isə 553 toplayır. 1080p T-Rex Offscreen-də isə N1 1691, iPad mini 3 isə 1598 toplayır. Son test T-Rex-də Nokia N1 1437 frame ile, 1271 xal toplayan iPad mini 3-ü keçdi.
Nokia N1-də 7.9 düymlük 2048x1536 ölçüdə ekran, 5MP ön kamera, 8MP isə əsas kamera, 2.3 GHZ 4 nüvəli İntel Atom Z3580 prosessor, 2 GB RAM, 32 GB daxili yaddaş, 5300 mAH batareya və Android 5 Lolipop əməliyyat sistemi vardır.
Cihazın qiymətinin 197 AZN olması gözlənilir.