İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bu gün Bakıda İnnovasiyalar Gününə həsr olunmuş forum keçirilib

01.07.2010 [03:58]

Fontu böyüt:      

Tədbir çərçivəsində «Xalq Kompüteri» layihəsinin əsas mərhələsinin başlanması haqda razılaşma imzalanıb. Layihənin yeni mərhələsi «Microsoft Azərbaycan», Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Təhsil Nazirliyi, «Hewlett Packard», «Ultra» və «Bestcomp» şirkətləri reallaşdıracaq.

 Tədbir çərçivəsində «Xalq Kompüteri» layihəsinin əsas mərhələsinin başlanması haqda razılaşma imzalanıb. Layihənin yeni mərhələsi «Microsoft Azərbaycan», Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Təhsil Nazirliyi, «Hewlett Packard», «Ultra» və «Bestcomp» şirkətləri reallaşdıracaq.

 

Tədbirdə çıxış edən Azərbaycanın Rabitə və Informasiya Texnologiyaları naziri Əli Abbasov «Xalq Kompüteri» layihəsinin uğurlu icrasından məlumat verib və qeyd edib ki, hazırda Azərbaycanda hər 100 nəfərə 12 kompüter düşür: «Bizim məqsədimiz bu rəqəmi artırmaqdır. Belə ki, ölkə əhalisinin Azərbaycanda göstərilən bütün elektron xidmətlərinə ilk növbədə çıxışı olmalıdır».

 

Layihənin ilkin mərhələsində müəllimlərə kredit şərtələri ilə təxminən 8 min kompüterin verildiyindən danışan nazir həmçinin bildirib ki, müəllimlər kreditləri vaxtı-vaxtında qaytara bilib və qərar qəbul olunub ki, layihənin yeni mərhələsində kompüterlər şagirdlərə də kredit şərtələri ilə verilsin: «Biz bu layihəni təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində də icra edəcəyik».

 

Öz növbəsində tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdanov hazırda ölkədə 2 mln. tələbə və şagird və 200 min müəllimin olduğunu qeyd edib və bildirib ki, layihə çərçivəsində imkanlar bir qədər də artırılacaq: «İndi «Xalq Kompüteri» layihəsi çərçivəsində kompüterləri müəllimlərlə yanaşı tələbə və şagirdlər də əldə edə biləcək. Təklif edirəm ki, gələcəkdə bu layihə məktəbəqədər müəssisələri, peşə məktəbləri, texnikum və kollecləri də əhatə etsin».

 

Tədbirdə çıxış edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri Rüfət Gülməmmədov qeyd edib ki, layihənin yeni mərhələsi çərçivəsində müəllim və tələbələr kompüterləri bazar qiymətlərindən 25-40% aşağı qiymətlərlə, 12 aylıq faizsiz kreditlə əldə edə biləcək.

 

Qeyd edək ki, «Xalq Kompüteri» layihəsinin əsas məqsədi müəllimlərin və şagirdlərin müasir kompüter və lisenziyalı proqram təminatını güzəştli şərtlərlə əldə etməsi üçün şərait yaratmaq, bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətində apardığı fəaliyyəti dəstəkləməkdən ibarətdir. Layihənin ümumi konsepsiyası bir sıra mühüm dövlət proqramlarını, o cümlədən Rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramına («e-Azərbaycan») və 2008-2012-ci illərdə ölkədə Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramına tam uyğundur.

 

mənbə: APA

 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar