İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Samsung”un “Android” sistemli smartfonlar bazarında payı 63 faizə çatıb

13.11.2013 [12:55]

Fontu böyüt:      

Dünyanın nəhəng smartfon istehsalçılarından olan "Samsung Electronics" şirkətinin əksər qurğuları "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. "Localytics" şirkəti bu sistemlə işləyən qurğuların bazarına dair tədqiqat apararaq hesabat dərc edib.
Dünyanın nəhəng smartfon istehsalçılarından olan "Samsung Electronics" şirkətinin əksər qurğuları "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. "Localytics" şirkəti bu sistemlə işləyən qurğuların bazarına dair tədqiqat apararaq hesabat dərc edib.
Ekspertlərin hesablamalarına əsasən, 2013-cü il noyabrın əvvəlinə "Android" sistemli smartfonların 63 faizi "Samsung"un nəzarəti altındadır. Bu sistemli qurğuların buraxılışı üzrə ikinci yeri payı 6,5 faiz təşkil edən "HTC" şirkəti tutur. Liderlər üçlüyünü 5,9 faizlik payla "LG" tamamlayır, sonrakı yerlərdə "Sony" (5,6 faiz) və "Motorola" (5 faiz) şirkətləri qərarlaşıb.
"Samsung" planşet kompüterlər seqmenti də liderdir, lakin burada rəqabət daha kəskindir. Satışda liderlik 7 və 10 düym ekranlı "Galaxy Tab 2" modelinə məxsusdur. Bu modellərin planşetlərin satış həcmində payı 38,5 faiz təşkil edir. "Nexus 7" qurğusu bazarda 15,2 faizlik paya sahibdir. Daha sonrakı yeri 8,6 faizlə "Kindle Fire HD" modeli tutur. Ən yaxşı qurğular beşliyində "Samsung"un digər modeli – 10,1 düymlü "Galaxy Note" modeli də yer alıb. Cənubi Koreya nəhənginin "Android" sistemli planşet kompüterlər bazarında payı 53 faiz təşkil edir.
"Strategy Analytics" analitik şirkətinin mütəxəssislərinin məlumatına görə, 2013-cü ilin üçüncü rübündə buraxılan smartfonların 81 faizi "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyib. Pay artımı son ildə göstəricisi 4 faizdən 1 faizədək azalan "BlackBerry"nin zəifləməsi sayəsində baş verib.
"ABI Research" şirkətinin hesablamasına əsasən, ötən rübdə "Android"in smartfonlar seqmentində bazar payı 80,6 faizə bərabər olub. Bu göstərici digər əməliyyat sistemləri – "iOS"-da 14, "Windows Phone"da 4, "BlackBerry"də 1,5 faiz təşkil edib. "Google" şirkətinə məxsus "Android"in liderliyi "Huawei", "Lenovo", "Xiaomi", "Samsung" kimi şirkətlərin qurğularının tədarük həcminin getdikcə artması sayəsində daha geniş şəkildə istifadə olunur, - "DailyComm www.dailycomm.ru" yazır. (ictnews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar