Fontu böyüt:
İKT İnformasiya Mərkəzi 2008-ci ilin ən yaxşı yeni layihələrini elan edib. Mərkəzin mövqeyinə əsasən Azərbaycan Respublikası Prezidentinin məktəblilər üçün İnternet-saytı (http://mektebli.president.az), Milli axtariş portalı (www.yumroo.az), Milli İnformasiya-Məlumat Sistemi (www.navigator.az), Rekrutinq üzrə İnternet-resurs ( www.boss.az) 2008-ci ilin ən yaxşı internet-layihələridir.
Seçim İKT İnformasiya Mərkəzinin ekspertlər qrupu tərəfindən 2008-ci ildə internetin Azərbaycan zonasında yaradılan onlarla İnternet-layihə arasında aparılıb.
Mərkəzin direktoru Fərid Kazımovun sözlərinə görə, ən yaxşı yeni internet-layihələrin seçimi zamanı başlıca meyar resursların səmərəliliyi, onların AZ zonasındakı əhəmiyyəti, həmçinin azərbaycanlı istifadəçilər üçün vacibliyidir.