İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda “Elektron hökumət”in tətbiqi hansı mərhələdədir?

30.09.2014 [15:26]

Fontu böyüt:      

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron hökumət” layihəsinin hansı mərhələdə olduğunu açıqlayıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) Azərbaycanda “Elektron hökumət” layihəsinin hansı mərhələdə olduğunu açıqlayıb.
 
 
Azərbaycan “Elektron hökumət” layihəsinin reallaşdırılması üçün xeyli yol qət edib və demək olar ki,  4 mərhələni uğurla başa çatdırıb. Hazırda 5-ci mərhələnin tam şəkildə həyata keçirilməsi üçün işlər uğurla davam etdirilir. Beşinci mərhələdə hökumət bütün hüquqi və fiziki şəxslər və sadə vətəndaşlar üçün onlayn sənəd mübadiləsi formasında e-xidmətlərin göstərilməsini həyata keçirir.
 
 
Məlumat üçün bildirək ki, birinci mərhələdə dövlət orqanları interneti mənimsəməyə başlayır və milli şəbəkə seqmentində müxtəlif müəssisələrin bir sıra saytları yaradılır. Lakin bu saytlar sırf informasiya emalı funksiyasını daşıyır.
 
İkinci mərhələdə sözügedən saytlarda yenilənən kontentin həcmi artır. Orada xəbərlər, hüquqi sənədlər və rəsmi elanlar yerləşdirilir, yeni xidmətlərin hesabına işin rahatlığı artır (misal olaraq sayt üzrə axtarışı göstərmək olar), interaktivliyin qismən təmin olunması (vətəndaş-qurumlarla əks-əlaqənin yaradılması üçün vacib olan elektron poçt) baş verir və s.
 
Üçüncü mərhələdə saytların yüksəksəviyyəliinteraktivliyi həyata keçirilir. Dövlət portalları biznes sektorunun və vətəndaşların konkret kateqoriyalı nümayəndələrinə müxtəlif təkliflər edir, autentifikasiya mexanizmləri tətbiq olunur.
 
Dördüncü mərhələdə istifadəçilər qarşılıqlı əlaqə imkanları əldə edir və elektron müraciətlər edə bilirlər. Vətəndaşlar internet vasitəsi ilə müxtəlif sənədlər (şəhadətnamələr, lisenziyalar, sertifikatlar, qarşılıqlı icazələr və s.) əldə edə bilir, eyni zamanda dövlət orqanlarının təqdim etdiyi xidmətlərdən yararlanaraq, onlayn ödənişlər edə bilirlər. (ictnews)
 
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar